Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:18 - 14.08.2018  
Ölkənin baş energetikinin başı dərddə - seçkidən sonra yola salınır
Tarix: 9-04-2018, 09:03 | Bölmə: Xəbərlər » Ölkə içi

Etibar Pirverdiyev bayraq dirəyi korrupsiyasının qurbanına çevrilir; "Azərenerji” rəhbəri üçün "əcəl zəngi”ni tezləşdirən başqa səbəblər də var...

Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra məmur korpusunda gözlənilən "təmizləmələr” "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevdən də yan keçməyəcək. Bu haqda redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, əksər məmurlar kimi, ASC sədrinin də işində çoxlu nöqsanlar, hətta cinayət xarakterli əməllər var.

Etibar Pirverdiyevin hədəfə gəlməsinin əsas səbəbi isə onun Dövlət Bayraq Meydanının tikintisi zamanı yol verilən nöqsanlardır. Bir neçə gün əvvəl baş nazirin müavini Abid Şərifovun Bayraq Meydanında dirəyin sökülməsini işlərin keyfiyyətsiz görülməsi ilə əlaqələndirməsi də Etibar Pirverdiyev üçün "əcəl zəngi” hesab oluna bilər. Bu baxımdan baş nazirin müavininin "Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub” deməsini sıradan bir açıqlama hesab etmək olmaz.

A.Şərifov bayraq dirəyinin sökülməsinin səbəbini belə izah etmişdi: "Bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib. Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları məşğul olduğundan sonrakı məsələlər barədə məlumatsızam”.

A.Şərifov ad çəkməsə də, məlumdur ki, 2007-ci ildən 2010-cu ilə qədər Dövlət Bayrağı Meydanının tikintisinə "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev rəhbərlik edib. Etibar Pirverdiyevə məxsus "Azenco” şirkəti Dövlət Bayrağı Meydanının tikintisindən böyük büdcə pulları əldə edib.

Dövlət başçısının şəxsi təşəbbüsü ilə inşa edilən Dövlət Bayrağı Meydanı 2007-ci il 17 noyabr tarixli, 2504 saylı Sərəncamına əsasən yaradılıb. Həmin ilin dekabr ayında təməli qoyulan meydanın 2010-cu il sentyabrın 1-də İlham Əliyev cənablarının iştirakı ilə təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olmuşdu.

Dövlət Bayrağı Meydanının tikintisinə və ətraf ərazidə bulvar zolağının uzadılmasına 3 il ərzində büdcədən 50 milyon manat sərf olunub. Öncə tikintiyə 30 milyon manat ayrılmasına baxmayaraq, 2009-cu ildə tikinti yarımçıq qaldı. 2009-cu ilin sonlarında "Dövlət Bayrağı Meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam 10 milyon manat ayrıldı. Sonradan əlavə olaraq 10 milyon manat da işlərin tamamlanmasına xərcləndi. 50 milyon manatlıq büdcə pulunun qarşılığında 1 nömrəli bayraq dirəyi cəmi 7 il duruş gətirdi.

2017-ci ilin avqustunda Bayraq Meydanında problemlərin olduğu üzə çıxdı. Xəbər yayıldı ki, meydanda çökmə baş verib və bu hala görə bayraq dirəyi söküləcək. Bu isə problemin çox köklü olduğunu ortaya qoyur. Deməli, tikinti işlərinə başdansovdu yanaşılıb, daha doğrusu 50 milyon manatın təyinatı üzrə xərclənməməsinin izləri açıq şəkildə ortadadır. Hələ ötən il bayraq dirəyində problemlər üzə çıxandan sonra məlum olmuşdu ki, Bayraq Meydanı İdarəsi İnzibati İqtisad Məhkəməsinə üz tutub.


Ölkənin baş energetikinin başı dərddə - seçkidən sonra yola salınır

 

İdarə Bayraq Meydanının ətrafındakı təmir-tikinti işlərini gerçəkləşdirmiş "Azenco” şirkətinə qarşı iddia qaldıraraq, bağlanmış müqavilənin etibarsız sayılmasını tələb etmişdi. Bayraq Meydanı İdarəsi Etibar Pirverdiyevə məxsusluğu bilinən  "Azenco”dan məhkəmə qaydasında 1 milyon 358 min manat tələb edirdi. Yada salaq ki, bayraq dirəyi və ətraf ərazidə bulvar zolağının uzadılmasına 50 milyon dollara qədər pul sərf edilmişdi. Bu işdə məsul şəxs Etibar Pirverdiyev olmuşdu. Bayraq Meydanının tikintisində Etibar Pirverdiyevin suç ortağı Rəşad Məmmədov illər öncə həbs edilib və sonradan azad olunub. Faktiki isə bu şəxsin qeyri-rəsmi ortağı Etibar Pirverdiyev olub. Belə ki, həbsindən dərhal sonra Rəşad Məmmədovun öz biznes ortağı Etibar Pirverdiyevə qarşı ifadə verməsi dəhşətli yeyinti faktlarının üstünü açıb ortaya qoymuşdu.

Bundan başqa, Etibar Pirverdiyevi məhkəməyə çəkən daha bir iddiaçı da olub. Beynəlxalq Bank Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət edərək "Azərenerji” ASC-yə verilmiş 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddia ilə çıxış edib. Məhkəmə borcun "Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilsə də təmin olunmayıb. Etibar Pirverdiyev isə 104 milyon manatı Beynəlxalq Banka ödəməkdən imtina edir. Beynəlxalq Bankın kredit qalmaqalında "Azİmport” izinin olması haqda da zamanında iddialar olub. Beynəlxalq Bankın kreditlərinin bir sıra hallarda Pirverdiyev-Məmmədov dueti tərəfindən mənimsənilməsi haqda xəbərlər də yayılıb.

Bunda əlavə, Dövlət Bayrağı Meydanında dirək sökülərkən Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov çox maraqlı bir açıqlama vermişdi. O, meydanda bayraq dirəyinin sökülməsini texniki baxışla əlaqələndirmişdi:"Budəfəki baxış sadə deyil, əsaslı texniki baxışdır. Bayraq dirəyinin ayrı-ayrı hissələri söküləcək, onun içərisindəki qurğular yoxlanılacaq. Prosesin davam edəcəyi müddəti demək olmur. Çünki texniki baxış zamanı nə ilə qarşılaşacağımızı bilmirik. Biz hər hansı problem olacağını gözləmirik, amma ola bilər ki, orada korroziya, başqa defektlər yaransın. Əgər belə hal aşkarlanarsa, bunu açıqlayacağıq və səbəbini də deyəcəyik”.

İndi isə məlum olur ki, bayraq dirəyini "yeyən” korroziya deyil, korrupsiyadır. Korroziya - yəni bayraq dirəyində çürümə prosesi getmir, dirək Abid Şərifovun dediyi kimi, hazırlanarkən keyfiyyət məsələsinə yetərincə diqqət ayrılmayıb. Yəni lazımı qədər pul xərclənib uyğun dirək hazırlanmayıb. Belədə sual yaranır - bəs 50 milyon manat hara xərclənib? Dövlət Bayrağı Meydanının tikintisi məhz bayraq dirəyinin orada qurulmasına görə gerçəkləşibsə, ərazidəki hündürmərtəbəli binaların, Hərbi Dəniz Donanmasının bazasının köçürülməsi bu qayəyə xidmət edibsə, niyə belə xoş olmayan nəticə ortaya çıxıb? Cavabdeh axtarışlarında əsas fiqur Etibar Pirverdiyevdən başqa kim ola bilər ki?

Xatırladaq ki, Dövlət Bayrağı Meydanının inşasını həyata keçirən "Azenko” şirkəti "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevə məxsusdur. Şirkətə formal rəhbərliyi isə Etibar Pirverdiyevin qaynı həyata keçirir. Bir neçə il öncə 7 min nəfərin çalışdığı şirkətdə hazırda 1500-ə qədər şəxsin çalışdığı deyilir. Şirkətin bazar dəyərinin bir milyard manata yaxın olduğu deyilir. "Azenko”nun bu qədər "şişməsinə” səbəb isə şirkətin bir çox formal tenderlərin istisnasız "qalib” olmasıdır. 

"Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin varidatı bununla yekunlaşmır. Məlumata görə, Etibar Pirverdiyev 2015-ci ildə baş verən devalvasiyadan sonra kapitalının xeyli hissəsini qardaşı Vüqar Pirverdiyevin əli ilə ölkədən çıxara bilib. Hazırda onun Dağıstanda, Türkiyədə, Rusiyada, Qazaxıstanda dəyəri milyonlarla ölçülən daşınmaz əmlakının olduğu vurğulanır. Bununla yanaşı, onun Azərbaycanda da sahib olduğu şirkətlər, obyektlər az deyil. Belə ki, Etibar Pirverdiyev Şabran rayonunun Udulu kəndindəki dəvə fermalarına, Xaçmazda iri buynuzlu heyvandarlıq təsərrüfatlarına, Qusar rayonunda məhsuldar və mənzərəli torpaq sahələrinə, Xaçmaz rayonunun Həsənqala kəndində balıq gölünə və vətəgələrinə, paytaxt Bakıda isə restoran və otel şəbəkələrinə sahib olduğu deyilir.

E.HÜSEYNOV,
"Yeni Müsavat”

Xəbər 2902 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular - VIDEO
Adnan Oktar cinayətində ŞOK - MASON DETALI
"APA niyə bağlandı?"- Eynulla Fətullayev yazdı, Vüsalə Mahirqızı cavab verdi
Putin Almaniyaya gedir
FHN generalının otellər şəbəkəsi üzə çıxdı – FOTOLAR
Bakıda avtobusda biabırçılıq – Söyüş və...(VİDEO)
İlqar Məmmədov: "Tam gözləntim yox idi" - VİDEO
Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
"Qarabağ TV"-də şəhidlər danışır: - "Qisasımızı alın qanımız yerdə qalmasın!" (VİDEO)
"Çukur"un “Vartolu”su məşhur aktrisa ilə evləndi - Fotolar
Fədayə danışdı: "Gecələr yata bilmirdim"
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
"Zəhləm gedir öz doğum günümdən..."
Ərəblərin zorladığı deputat özünü öldürdü - VİDEO
Peskov: "Ərdoğan Putindən kömək istəməyib"
Oğru qrupun daha bir üzvü saxlanıldı – Bakıda
Mingəçevirdə zəhərlənmə olub - Nişanda
İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”
Faciə - Toy günü gəlin öldü, bəy isə...
YAP-çı deputat atmaca atdı: “Allah İlqar Məmmədova ağıl versin!”
30 min dollarlıq üzüyü zibillikdən dörd dəqiqəyə tapdılar
Rusiyada azərbaycanlı quldur həbs olundu
İlqar Məmmədov azadlığa buraxıldı - FOTO
47 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı
İsmayıllıda inəklərin süd vəziləri niyə qopurmuş - analizlərin cavabı
Bakıda evdən 1800 manat pul oğurlanıb
Putin Bosniyada ikinci Mərkəzi Afrika Respublikası yaradır
Qənirə Paşayeva Macarıstanda Qarabağdan danışdı
Messi ən titullu futbolçu oldu
Səhiyyə Nazirliyi qışa hazırlaşır - Tapşırıqlar verildi
“VİKTORİYA-313” MTK-nın dələduzluğundan prezidentə ŞİKAYƏT
Netanyahu: "İsrail terrora qarşı kampaniyanı davam etdirəcək"
Bugün andiçmədir - Əsgərlərə
“Men dakka dukka” - Ərdoğan ABŞ-a ərəbcə səsləndi
“Türkiyə dollarla ticarətdən imtina edir” – Ərdoğan
Azərbaycanda 5 rəis işdən çıxarılıb
Kreml Ağ Evin “sanksiya yumruqları”na cavab zərbəsi hazırlayır
Bürcünüz – 12 avqust
"Qarabağ-TV"-də "Erməni işgəncə növləri" - VIDEOÇARX
İranda atışma: 11 terrorçu öldürüldü
"GƏNCƏ HADİSƏLƏRİ"nin daha bir iştirakçısı öldürülüb
“AZƏRENERJİ”DƏ YOXLAMA DAVAM EDİR – Ay yarımlıq təhqiqat nələri aşkarlayıb?
Tərtərdə 17 yaşlı qız itkin düşüb- FOTO
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."
Elçin Quliyev at çapan Gülayla görüşdü - Atasını işə götürdü
70-dən çox yaşı olan məmur və deputatlarımız - SİYAHI
"QARABAĞSIZ YETİM QALMIŞIQ" - Ağdamlı alimin vətən həsrəti (MÜSAHİBƏ)
Azərbaycan sərhəddində dollar əməliyyatı
Nağılbazın məzarına əklil gəldi - ".. tezliklə mən də gələcəyəm"
Bu qidaları əsla yeməyin: 25 ən təhlükəli ərzaq - Siyahı
Robert Köçəryanla bağlı qərar 13 avqustda açıqlanacaq
Məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi
Bakıda atışma: Ölən və yaralanan var - VİDEO
Azərbaycanın VTB Bankdakı pulları təhlükədədir
ABŞ-ın sanksiyaları Ermənistana fəlakət vəd edir
Azərbaycan və Tacikistan prezidentləri görüşüb
Ramil Quliyev Avropa çempionu oldu - VİDEO
Astara çay fabrikində CƏBHƏXANA aşkarlanıb
“QIŞQIRMAĞA BAŞLADI Kİ, AY ALLAH ÖLDÜM…” – Bəxtiyar Hacıyev polisə aparılıb (VİDEO)
Ramil Quliyev Avropa çempionatının finalında
Serj Sarkisyan 3 gündür Azərbaycandadır
ABŞ-da türk polis başından vuruldu
Bakıda ağac kəsən şəxs cərimələndi
Adnan Oktarın şantaj etdirdiyi siyasətçilər - ADLAR
Adnan Oktarın "Kediciklər"i həbsxanada bəzəndilər
Ermənistanda tuthatut - Sabiq baş nazirin qardaşı saxlanıldı
“Lotu Quli”nin adamları Ukraynada güllələndi
BÜRCÜNÜZ NƏ DEYİR - 9 AVQUST
Beyləqanda məmur iş otağında BIÇAQLANDI
Prezident 47 milyon manat ayırdı: Yeni avtobuslar gəlir

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14533] initstartout [0.00023] initstartin [0.00079] calstart [0.01146] calend [0.00063] topnewsend [0.00443] rsssend [0.00000] ehgend [0.03675] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09052]