Bakıda möhtəşəm Bayraq veloyürüşü

  • 08 noy 2015, 12:19

Bu gün 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!” devizi altında veloyürüş keçirilib.

 

APA TV-nin xəbərinə görə, velosipedçilər Bayraq Meydanı ərazisindən Heydər Əliyev Mərkəzinə kimi yürüş edəcəklər. Yürüşə peşəkar velosipedçilərlə yanaşı, həvəskarlar da qatılıb.

 

Yürüş saat 12:00-da Dövlət Bayrağı Meydanından start götürüb.

 

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Aparat rəhbəri Elmir Bağırovun sözlərinə görə, bu tədbirlər Azərbaycan gənclərinin velosiped idmanına marağının artmasına kömək göstərir, eyni zamanda Azərbaycanın bayrağının təbliği ilə bağlı layihələrlə əlaqəlidir: "Biz hesab edirik ki, bu tədbirlər gələcəkdə də davam etdiriləcək. Digər federasiyalarla birlikdə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi bu tədbirləri həyata keçirəcək. İştirakçılar Bayraq Meydanı - Azneft prospekti - Dəniz limanı - H.Əliyev mərkəzi və əks istiqamətdə hərəkət edəcəklər. 16,5 km-lik yürüş elə başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatacaq".

 

Bayraq Meydanından start götürən veloyürüşçülər Heydər Əliyev Mərkəzini dövr etdikdən sonra yenidən Bayraq Meydanına geri dönür. Veloyürüşdə 200-ə yaxın peşəkar və həvəskar velosipedçi iştirak edir.

 

Bir kərə yüksələn bayraq bir daha enməz! Bayrağımızın heç bir zaman enməməsi arzusu ilə