Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:16 - 22.10.2019  
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Tarix: 12-10-2019, 11:02 | Bölmə: Xəbərlər » Müsahibə

ADP sədri Sərdar Cəlaloğlu Azadlıq radiosuna verdiyi müsahibədə qadın hüquqlarından danışarkən qalmaqallı fikirlər səsləndirib.

“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...” Onun müsahibəsində "Qadınla kişinin hüququ bərabərdisə, bəs niyə qızları əsgər aparmırlar?”, "Qadın ərə tabe olmalıdır... Bəs kəbin nə üçündür?” kimi səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

S.Cəlaloğlu "Mən niyə cəbhədə ölməliyəm sən yox? Qadınlar bunu fikirləşir? Norveçdə, İsraildə, İngiltərədə qadınları əsgər aparırlar. Bizdə ona görə aparmırlar ki, milli-dini dəyərlərə ziddir.

Qadın azadlığı Dubayda, Türkiyədə xalqı biabır etmək, "Torqovı”da ərəblərə xidmət etmək deyil. Qadının da kişi kimi sağlamlıq, təhsil, seçki hüququ var. Qadın ərinə tabe olmalıdır".

Onun bu fikirlərinə kəskin etirazlar olub, xüsusən ictimai fəal olan qadınlar, sosial şəbəkə aktivistləri S.Cəlaloğlunu tənqid ediblər, dediklərini birmənalı qarşılamayıblar.

Ona görə yenidən ADP sədrinin bu məsələlərə aydınlıq gətirməsini istədik. S.Cəlaloğlunun qadın azadlığı və qadına zorakılıq mövzusunda "Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- Sərdar bəy, qadınlar bu müsahibənizə görə sizi tənqid edirlər. Əslində qadın azadlığı harada başlayır, harada bitir?

- Ümumiyyətlə, qadın azadlığı, qadınların hüququ barədə təsəvvürü olmayan adamlar danışırlar. Onların heç xəbəri yoxdur ki, dünyada çox güclü dörd kişi azadlığı hərəkatı var. Qadınlar isə 70-ci illərdə qalıblar, elə bilirlər ki, təkcə feminist hərəkatı var. Qadın azadlığından bəzən kişilərə qarşı istifadə olunur. Məsələn, qadın boşanır ki, kişi ona aliment ödəsin. Mən provokasion şəkildə məsələni qaldırdım ki, qadınlara bütün sahələrdə güzəşt verilib.  Qadın hamilədirsə dövlət məzuniyyət verir, qadına ömürlük həbs cəzası verilə bilməz. Yəni, minlərlə belə güzəşt var.

Sadəcə, ailədə kişinin üstünlüyü var. Çünki biz müsəlmanıq, kişi evə baxmalıdır, arvadını qorumalıdır, çörək gətirməlidir.

Kişi deyir filankəslə danışma, yenə danışır, sosial şəbəkəyə girib başqa kişi ilə söhbət eləmə, yenə edir, bu, qadın azadlığı yox, özbaşınalığıdır.

Qadın azadlığını müdafiə edənlərin çoxu heç azadlığın nə olduğunu bilmirlər. Azərbaycan 1918-ci ildə qadına seçmək və seçilmək hüququ verib. Biz anamıza görə özümüzü öldürərik, amma atamıza görə öldürmərik. Biz bacı qeyrəti çəkərik. Bəs, bunlar qadına olan yüksək dəyər deyil?

Qadının işi uşaq tərbiyəsidir, kişi ilə birgə ailə təsərrüfatını idarə etməkdir. Kişi vətəni qorumağa gedirsə, qadın da evə oturub onun namusunu qorumalıdır.

Sadəcə, Azadlıq radiosuna müsahibədən bir çox fikirləri kəsiblər. Mən demişdim ki, qadın xəyanətinə görə boşanmalar artıb.

- Amma qadınların bu problemi aktuallaşdırmasına səbəb son günlər qadına zorakılığın, amansızcasına öldürülməsi faktlarının artmasıdır...

- Qadına zorakılığı heç kim müdafiə etmir. Mən bəyəm deyirəm ki, kişi qadına düz edib şiddət göstərir? Sadəcə, cəmiyyətdə uşağa da, qadına da zorakılıq artıb. Statistikaya baxsaq, kişinin kişiyə zorakılığı, cinayəti daha çoxdur.  Cəmiyyətdə bir gərginlik var, aqressiyanın səbəbləri də çoxdur. Heç bir cinsi üstün tutmuram. Ancaq aqressiya artanda qadına da, kişiyə də, uşağa da qarşı artır.

Problemi tək qadına qarşı götürmək olmaz, cəmiyyətdə ümumi zorakılıq artıb. Biz bu məsələni qadın azadlığı problemi kimi yox, milli səviyyədə olan bəla olaraq qaldırmalıyıq.

Çünki qadına qarşı zorakılıqla bərabər intiharlar artıb, dözümsüzlük azalıb. Bunun səbəblərini araşdırmalıyıq.

- Feministlərin qadın azadlığı deyəndə əsas arqumenti 18 yaşa çatan qızın müstəqil olmasıdır. Hesab edirlər ki, intim həyatda, digər addımlarda sərbəst hərəkət etmək hüququ var...

- Heç birimiz milli əxlaqdan, milli dəyərlərdən azad ola bilmərik. Onların dediyi fərdi azadlıqdır. Sən küçəyə lüt çıxa bilərsən? Cəmiyyət sənə nə deyər? Azadlıqdır da, küçəyə də çılpaq çıx, denən ki, şəxsi azadlığımdır. 

Və yaxud bulvarda oğlan qızla öpüşəndə polis xəbərdarlıq edir, çünki ictimai yerdir. Cəmiyyətin yazılmamış əxlaq qanunları var. Əxlaq özü də yazılmamış qanundur. 

Bəli, hər kəs 18 yaşdan sonra azaddır. Amma sən milli əxlaqa ziyan verə bilməzsən.  Məsələn, fahişəlik də insanın şəxsi seçimidir. İndi deyək ki, bu, qadın azadlığıdır? Axı fahişəliyin artması təkcə əxlaqsızlığın çoxalması deyil, həm də xəstəliyin artmasıdır.

İndi əxlaq polisi yaradılır, niyə yaradılır? Ona görə ki, bu məsələ əxlaq normalarını icra edə bilməyən adamlara aiddir. Qadın azadlığı adı ilə əxlaqsızlığı yaymaq yolverilməzdir. Beynəlxalq hüquqda da qadın azadlığı haqda konkret göstərilib.  Dünyada və Azərbaycanda insan alverinə qarşı mübarizə aparılır, qadınlar həbs edilir. Onda qadın deyər ki, azadam, özüm bilərəm necə yaşayıram. Bütün bunlara göz yummaq olmaz.

Statistika Komitəsi 10 min ailənin boşandığını açıqlayır. Niyə 10 min ailə dağılmalıdır? Çoxu da qadının xəyanətinə görə dağılır.

Xəbər 368 dəfə oxunub






Oxşar xəbərlər

Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.41956] initstartout [0.00026] initstartin [0.00138] calstart [0.01583] calend [0.00092] topnewsend [0.00833] rsssend [0.00000] ehgend [0.03191] tagsstart [0.00070] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.36018]