Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:12 - 26.03.2019  
Erməni əsirliyindən qurtulan hərbçi: "İlk 10 gün ağlasığmaz işgəncələr verirlər"
Tarix: 3-01-2019, 18:52 | Bölmə: Xəbərlər » Müsahibə

"Əvvəl ayaqlarımı sındırdılar ki, onların qarşısında diz çöküm, ancaq nail ola bilmədilər, sonra qollarımı, 7 qabırğamı, körpücük sümüklərimi qırdılar"

Erməni əsirliyindən qurtulan hərbçi: "İlk 10 gün ağlasığmaz işgəncələr verirlər"100 minlərlə soydaşımızı ev-eşiksiz, minlərlə ailəni başsız, 10 minlərlə insanı isə xəstəxana çarpayılarına, əlil arabalarına məhkum edən müharibənin artıq 30-cu ili geridə qalır. Hələ də qeyri-müəyyən formada davam edən bu müharibənin ağrı-acısı hər birimizin həyatında hiss olunsa da, elə insanlar var ki, müharibənin özü, dəhşətləri və nəticəsi onların simasında daha aydın görünür.

Onların gördükləri bütün göstərilənlərdən, yaşadıqları bütün yazılanlardan daha dəhşətli və təsvir edilməzdir. Sputnik Azərbaycan bu gün sizləri belə insanlardan biri ilə tanış edəcək.

İlham Həmidov 1971-ci ildə Mingəçevir şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə aldıqdan sonra hərbi xidmətə yollanıb. Rusiyanın ən böyük adası olan Saxalində hərbi dəniz qüvvələrində xidmət çəkən İlham, 3 illik qulluğun ardından gələcək həyatını da ora ilə bağlamaq qərarına gəlib və gəmidə işə düzəlib. Lakin başladığı işin elə ilk günlərində qərarını anidən dəyişib.

Televiziyada Şuşanın ermənilər tərəfindən işğalını görən İlham, elə səhəri gün Azərbaycana yola düşüb. Evə gəlməmişdən əvvəl hərbi komissarlığa gedərək, yeni formalaşan milli ordu sıralarına yazılıb. Bir həftəlik təlimdən sonra birbaşa ön cəbhəyə - Qarabağa göndərilib. O, keçdiyi döyüş yolu, düşdüyü əsirlik və orada yaşadığı dəhşətlər barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.

İlham Həmidovun ilk döyüşü Ağdamın Qalayçılar kəndi istiqamətində keçirilən Qazançı əməliyyatı olub. Bundan sonra Ağdərə, Ağdam, Xocalı istiqamətlərində onlarla əməliyyatda iştirak edib. Uşaqlığından idmanla məşğul olması, çevikliyi sayəsində orduda kəşfiyyat-təxribat bölüyünün üzvü olaraq kəşfiyyat məlumatlarının toplanması, düşmənin canlı qüvvəsinin məhv edilməsi, hərbi texnikasının sıradan çıxarılması tapşırıqlarını uğurla yerinə yetirib.

O, əsir düşdüyü günü isə belə xatırlayır: "Heç vaxt yadımdan çıxmaz, ad günüm idi. Əməliyyata getdik, qayıdanda qar möhkəm yağmışdı deyə, bölüyə düşə bilmədik. Üç gün postda qalandan sonra noyabrın 10-da rəhmətlik komandirimiz "Kobra Elsevər" gəlib bizi düşürdü. Mənə gözaydınlığı verdi ki, "İlham, ad günündə gedə bilmədin, hazırlaş, evə gedirsən"".

"Yenicə düşüb yemək yeyirdik ki, döyüş başladı. Rabitəylə bizə əməliyyat tapşırığı verildi. Komandir razı olmasa da, dirəşdim ki, əməliyyata mən də gedirəm. Elə adət etmişdik ki, sanki gedib dükandan bir siqaret, bir şüşə su alıb qayıdırıq. İki saatlıq əməliyyata çıxıb, qayıdandan sonra evə gedəcəyimi fikirləşirdim. Elə oldu ki, yanımda mərmi partladı, kontuziyaya düşdüm. Ayılanda əsir götürüldüyümü gördüm" - Həmidov danışır.

 

Həmsöhbətimiz danışdıqca o günlərin ağırlığını, sanki bir daha yaşayır: "Əgər desələr ki, ya əsirliyinin ilk 10 gününü yaşayacaqsan, ya 10 il həbs yatacaqsan, inanın ki, mən 10 il həbsi seçərdim".

İlham əsirlik həyatının dəhşətlərini də anladır: "İlk 10 gündə ağlagəlməz işgəncələr oldu. Əvvəl ayaqlarımı sındırdılar ki, mən onların qarşısında diz çöküm, ancaq nail ola bilmədilər. Qollarımı, 7 qabırğamı, körpücük sümüklərimi qırdılar. Bir il 8 ay zirzəmidə, dar, ayaqlarım tam uzada bilmədiyim yerdə saxlandım. Ondan sonra Şuşa türməsinə aparıldım. Əsir düşəndə 97-98 kilo idim, həmin vaxt 46 kilo qalmışdım. Yıxılırdım, ayaq üstə dura bilmirdim".

 
Keçmiş əsir insanın nə qədər dözümlü ola biləcəyini əsirlik müddətində görüb. Olmazın əzab-əziyyətə, işgəncələrə məruz qalıb: "Əsirlik həyatıyla bağlı çox kitablar oxumuşam, çox filmlər izləmişəm. Lakin onların heç biri mənim gördüyüm dəhşətləri əks etdirmək iqtidarında deyil. Artıq həyatdan əlimizi üzmüşdük. Ümidimiz yox idi qayıtmağa. Allahin bir qismətiydi ki, biz ölməyib sağ qaldıq".

Əsirlik müddətində şahidi olduqlarından danışan müsahibimiz bildirir ki, Qarabağ erməniləri müharibəyə çox peşman idilər, Ermənistan ermənilərini sevmirdilər: "Qarabağ erməniləri Azərbaycanla bir olanda daha yaxşı yaşadıqlarını, hazırda isə acından öldüklərini deyirdilər. Ümumiyyətlə, onlar döyüşmək istəmirdilər, Qarabağda Fransadan, Suriyadan gəlmiş ermənilər "at oynadırdı". Hətta adım da Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsirlər siyahısına Qarabağ ermənisi tərəfindən salındı".

"Həbsxanaya köçürüləndən sonra bizi ağır işlərdə işlədirdilər. Bir dəfə işlədiyim yerdə arxadan bir erməni yaxınlaşdı və azərbaycanca arxaya çevrilməməyimi, hiss etdirmədən adımı, soyadımı ona söyləməyimi istədi. Bundan sonra mənim də adım itkinlər siyahısından əsirlər siyahısına düşdü" - deyən keçmiş əsir əks halda, heç vaxt vətən üzü görməyəcəyini də etiraf edib.

O, qeyd edib ki, bu sözlərlə erməniləri tərifləmək niyyətində deyil: "Mən Qarabağ ermənilərini tərifləmirəm, onlardan çox zülm görmüşəm. Bu gün iflicəm, ağır kəllə-beyin travması ilə xəstəxanadayam, ağır vəziyyətdə osteparozam. "Korset" olmadan dayana bilmirəm, protez olmasa, ayaq üstə dura bilmirəm, qırılır sümüklərim, qabırğalarım. Əsir düşdüyüm gündən bəri 153 dəfə sümüklərim sınıb. Budur mənim vəziyyətim. Budur onların mənə etdikləri".

İlham hər il 7-8 ay xəstəxanada yatmaq məcburiyyətindədir: "Bura artıq mənim evimdir. Evimdən çox burda oluram, bu həkimlərin hesabına həyatda qalıram. Mingəçevir şəhər xəstəxanasında, İcbari Tibbi Sığorta hesabına yaşayıram. Həyatda qalmağım üçün bu qurumlar əlindən gələni əsirgəmir".

İ.Həmidov 1996-cı ilin mayında Azərbaycan prezidenti Heydər Əliyevin Ermənistan prezidenti ilə əsir və girovların dəyişdiriliməsi məsələsində razılığa gəldiyindən sonra əsirlikdən azad olunub: "Xəbəri radioda eşidəndə şok yaşadıq, azadlıq ümidlərimiz yarandı. Azərbaycana göndərmək üçün bizi Yerevana gətirib, son dəfə möhkəm döydülər. Ondan sonra aeroporta gətirdilər. Burada qurulmuş ssenari əsasında müsahibə verməliydik. Mənə düşən suallardan biri o idi ki, Qarabağda döyüşməyimə peşmanammı və bir daha müharibə başlarsa, yenidən döyüşlərə qatılacağammı. Cavabları da yazıb vermişdilər, mən orda, "bəli, peşmanam və bir daha iştirak etməyəcəyəm" cavabını verməliydim".

"Müxbir mikrofonu uzadaraq birinci sualı verdi. Mən, "bəli, peşmanam ki, əlimə avtomat alaraq gəlib Qarabağda vuruşmuşam" - dedim. Ardınca, "bir daha müharibə başlarsa, döyüşlərdə iştirak edəcəksən?" sualını verdi. Ermənilər arxadan əllərilə, başlarıyla "yox" göstərsələr də, "Əgər Qarabağda yenidən müharibə başlarsa, əlimə iriçaplı pulemyot götürüb birbaşa ön cəbhədə vuruşacağam"-deyərək trapa qalxdım. Bu cavabla mən hər şeyi gözləyirdi, ancaq Rusiyanın xarici işlər naziri Primakovun təyyarəsi orda idi deyə, cürət edib mənə heç bir şey etmədilər" – deyə müsahibim danışır.

İlham Həmidov onun missiyasının bitmədiyini, döyüşlər başlayarsa, yenidən Qarabağa getməyə hazır olduğunu da vurğulayır: "Heç kim məni Qarabağa məcburi aparmayıb. Heç kim mənə söz verməyib ki, müharibəyə getsəm, mənə ev, maşın veriləcək, pensiya kəsiləcək. Vətəndaşlıq borcum olaraq müharibədə iştirak etmişəm və müharibə başlayarsa, əlil arabasında olsa belə, gedib öz borcumu yerinə yetirəcəm. Qarabağın düşmən tapdağı altda qalmasını, ən azı, qeyrətimizə sığışdırmamalıyıq". /mənbə - https://sputnik.az/karabakh/20181219/418442394/ilk-10-gun-agilasigmaz-ishgence-verirler.html/

Xəbər 1119 dəfə oxunub






Oxşar xəbərlər

ÇAĞDAŞ RUSİYANIN 1930-cu İLLƏRİN ALMANİYASI İLƏ OXŞARLIĞI
"Xəzər" Universitetinin təsisçisi ittihamlara cavab verdi - sabiq müəllimini əxlaqsızlıqda ittiham etdi
“Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - Əli Məsimli
Zakir Həsənov ABŞ-a işgüzar səfərə gedəcək
Paşinyan bunu da etdi! - Küçə süpürdü – VİDEO
Spikerin Moskvada yeni əmlakları aşkarlandı - (FOTOFAKT)
Xəzər Universitetinin "milyonları" hara xərclənir?
Tanınmış meyxanaçının ölüm səbəbi bilindi
Eden Azar "Real Madrid"ə keçməyə razılıq verib
ADY Gəncə-Bakı reysində dəyişiklik edib
ƏLİ İNSANOVUN “BORCU”… – Sabiq nazir həbs olunmasaydı, indi kim idi?
Bu da Zeynəb Xanlarovanın dəbdəbəli villası… – FOTO
Kasprşik Paşinyanla Qarabağ münaqişəsindən danışıb
NEFTİMİZ UCUZLAŞDI
Gəncənin yeni polis rəisinin oğlu “Porsche” ilə radara düşdü (FOTO)
PUA Frankfurt hava limanının işini dayandırdı
Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14376] initstartout [0.00013] initstartin [0.00054] calstart [0.00682] calend [0.00044] topnewsend [0.00271] rsssend [0.00000] ehgend [0.04294] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08949]