Erməni ekspert 2019-cu ildə Qarabağda hərbi əməliyyatın anonsunu verdi

  • 03 yan 2019, 00:54

Ermənistanın hərbi eksperti, Van Ambarsumyan yerli mətbuata müsahibəsində bu ilin yaz və ya yay aylarında, yəni hava şərtlərinin yol verdiyi şəraitdə Azərbaycanın Dağlıq Qarabağda tammiqyaslı hərbi əməliyyatlara başlayacağını iddia edib.

Onun sözlərinə görə Azərbaycan Silahlı Qüvvələri artıq Dağlıq Qarabağ istiqamətində mövqelərini daha da önə çəkib.

"Bütün il ərzində Azərbaycan Silahlı Qüvvələrinin daşınan artilleriyadan tutmuş, yaylım atəşli reaktiv sistem, piyadaların döyüş maşınları, zirehli transportyorlar və əsas döyüş tanklarına qədər quru hərbi texnikasını təmas xəttinə gətirdiyi barədə xəbərlər gəlib. Cəbhə xəttinə olduqca böyük qüvvələr cəmlənib. Bu qoşunlar hələ də mövqelərdən çəkilməyib. Daha doğrusu  onlar daimi dislokasiya yerlərinə geri qayıtmaq yerinə ön sədlərdə qalmaqda davam ediblər”, deyə erməni ekspert söyləyib.

Van Ambarsumyan Azərbaycanın Ermənistanın Tavuş rayonu ilə sərhəddə N saylı hərbi briqadasını döyüş mövqelərindən çəkdiyinə və həmin mövqelərin bundan sonra Dövlət Sərhəd Xidmətinin qoşunları tərəfindən qorunacağı barədə xəbərlərə diqqət çəkib. Onun fikrincə, Azərbaycan Milli Ordusunun həmin hissəsi Qarabağ istiqamətinə göndərilib.

"Öz gücünə və silahlanma qabiliyyətinə görə, Azərbaycanın Dövlət Sərhəd Xidməti kiçik Müdafiə nazirliyini, ordu içində ordunu xatırladır”. – deyə Van Ambarsumyan bildirib.

Erməni ekspert sərhəd qoşunlarının hücum xarakterli deyil, əsasən müdafiə yönümlü hərbi texnika ilə silahlandığını, lakin 24 ədəd "Mi-35” zərbə helikoperlərinə malik olduğunu  da vurğulayıb.

"Fikirləşirəm ki, hər şey yayın sonlarında başlanacaq. Qışda döyüşmək asan deyil. Həmin fəsildə dizel yanacağı gündə ən azı 2 dəfə işə salmaq lazımdır. Lakin qış aylarında da diverisya-kəşfiyyat növündə xırda toqquşmalar ola bilər”,-deyə Ambarsumyan sonda qeyd edib.

Oxşar xəbərlər