Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:49 - 20.06.2018  
Mehman Əliyev: “Bəzi nazirlər gedəcək”
Tarix: 13-04-2018, 08:40 | Bölmə: Xəbərlər » Müsahibə

Mehman Əliyev: "Əgər hakimiyyətin icra sistemində dəyişikliklər baş versə, onda parlament seçkiləri məsələsi ortaya çıxa bilər”

Mehman Əliyev: “Bəzi nazirlər gedəcək”Favoriti əvvəlcədən bəlli olan 11 aprel prezident seçkisi arxada qaldı, hakim partiyanın namizədi növbəti, bu dəfə yeddi illik dönəm üçün prezident seçildi. Ancaq ölkədə çoxlarını düşündürən məsələ seçkidən sonra nələrin olacağı ilə bağlıdır. Turan İnformasiya Agentliyinin direktoru "Yeni Müsavat”ın bununla bağlı suallarını cavablandırıb.

- Mehman bəy, Azərbaycanda keçirilən 11 aprel prezident seçkisindən sonra  nələr baş verəcək, ölkənin birinci şəxsi hansı addımları atacaq, komandada əsaslı dəyişikliklər olacaqmı? Bu barədə nə deyə bilərsiniz?

- Seçkidən sonra həm institusional, həm kadr islahatları getməlidir. Mən bunu gözləyirəm. Ümumiyyətlə, getdikcə cəmiyyətdə də münasibətlərdə dəyişikliklər olmalıdır, həm iqtisadi, həm də siyasi zəmində. Yetişib artıq...

- Nə mənada? 

- O mənada ki, seçkilərin özünün də tez, çevik şəkildə keçirilməsi onu göstərir ki, tələsirlər. Artıq İlham Əliyev özü də tələsir. Onu heç kəs tələsdirmirdi. Yəni o, seçkini payızda da normal şəkildə keçirə bilərdi. Ancaq o da başa düşür ki, artıq prosesləri sürətləndirmək lazımdır.

- Söhbət islahatlardan gedir?

- Bəli.  

- Yeni komanda necə, olacaqmı?

- Məncə, hə. Açığı, mən fərdlər səviyyəsində yeni komandada kimlərin olacağını bilmirəm. Amma yeni komandanın formalaşması aktualdır, lazımdır.

- Nazirlər Kabinetinin ləğv olunması realdır?

- İnanmıram ki, ləğv olunsun. Amma rəhbərliyinin dəyişməsi qaçılmazdır.

- Baş nazir də?

- Baş nazir, baş nazirin müavinləri və s. Bəzi nazirlər gedəcək. 

- Deməli, "Yol Xəritəsi”nin icrasına başlanılacaq?

- Əlbəttə ki. Əslində seçkidən qabaq bəzi işlər görülürdü, demək olmaz ki, heç nə etmirdilər. Amma getdikcə daha da sürətli olacaq.

- Maraqlısı budur ki, əvvəlki dövrlərdən fərqli olaraq, beynəlxalq səviyyədə budəfəki seçkiyə çox sakit reaksiya verildi. Bu, nəyin əlamətidir?

"Biz nə qədər çox islahatlara getsək, dəyişsək, Qarabağda da daha çox uğur qazana bilərik, bunsuz mümkün deyil”

- Mən beynəlxalq nümayəndələrin özlərinə də demişəm ki, siz bu seçkiləri legitimləşdirməyə gəlmisiniz. Bu proses, yəni beynəlxalq ictimaiyyətin, ilk növbədə ABŞ və Avropa Birliyinin susqun müşahidəsi onu göstər ki, seçkidən öncə razılaşma var. Onlar bilirlər ki, İlham Əliyev haraya gedir və neyləyəcək və bu proseslər razılaşdırılmış formadadır. Yəni seçki prosesi texniki məsələdir, formaldır. Əsas proseslər seçkidən sonrakılardır. ABŞ-ın səfiri də seçkidən qabaq ölkəmizi tərk edib. Bu, onu göstərir ki, amerikanlar bu prosesdə iştirak etmirlər, kənarlaşıblar. İkincisi, mən hesab edirəm ki, yaxın bir neçə ay ərzində də ABŞ-ın burada səfiri olmayacaq. Bu da onu göstərir bu müddətdə hakimiyyət, ilk növbədə İlham Əliyev haraya və necə getdiyini nümayiş etdirməlidir. Ondan da çox şey asılı olacaq ki, gələcək münasibətlər nəyin üstündə qurulacaq və tərəflə hansı səpkidə əməkdaşlıq edəcək, yaxud etməyəcəklər.

- ATƏT missiyasını çıxmaq şərtilə, digər qurumların mövqeyi hakimiyyət üçün qənaətbəxş oldu...

- Aydındır ki, Azərbaycanda demokratik mühit, söz azadlığı yoxdur, insan hüquqları tapdanır. Belə olan halda hansısa seçkinin normal keçirilməsi mümkün deyil. Əslində namizədlərə, personalara baxsaq, bu, onu göstərir ki, onların seçkidə iştirakı formal xarakter daşıyırdı və bu, seçki görüntüsü idi.

- Amma ənənəvi müxalifətin ən azı xalqa sözünü demək imkanı var idi, lakin bundan istifadə etməyib boykot yolunu tutdu. Həm də parlament seçkiləri üçün siyasi kapital toplaya bilərdilər...

- İş ondadır ki, onlar formal olaraq kənardan müşahidə edirdilər və fikir bildirirdilər. Bu, öz yerində. Amma fakt budur ki, müxalifət də seçkiyə qatılmadı.

- Bu, normal idi?

- Müxalifətçilik nöqteyi-nəzərdən normal deyildi. Amma proses nöqteyi-nəzərdən, məncə, normal idi. O mənada ki, Qərbin də, müxalifətin də yekdil münasibəti var idi.

- Amma heç Qərb müxalifətin seçkidən imtinasını təqdir etmədi. 

- Söhbət ondan gedir ki, İlham Əliyevə seçkilərin texniki keçirilməsi üçün şərait yaradıldı, bu, reallıqdır. Seçki sırf texniki xarakter, görüntü xarakteri daşıyırdı. Burada seçki prosesi yox idi. Orda rəqabət var idimi?

- Ənənəvi müxalifət seçkidə iştirak etsəydi, mənzərə dəyişə bilməzdimi? 

- Əslində onlar elə bir vəziyyət yaratdılar ki, heç bir rəqabət, seçki prosesi olmadı, seçki texniki xarakter daşıdı.

- Mehman bəy, Ermənistan tam şəkildə parlament üsul-idarəsinə keçdi. Mümkündürmü ki, Azərbaycanda da bu prosesə start verilsin?

- Hələ tezdir. Bizdə hələ buna hazırlıq yoxdur. Ermənistanda real müxalifət parlament sistemində təmsil olunurdu. Cəmiyyətdə müxalifət və hakimiyyət bölgüsü var idi. Özü də bu bölgü təkcə siyasi meydanda yox, biznes meydanında da, informasiya məkanında da var idi. Yəni Ermənistanın real müxalifəti sferalarda az və ya çox olmaqla, müəyyən formada təmsil olunurdu. Bizdə müxalifətin biznes dəstəyi yoxdur. Orda isə biznesmenlər var ki, deyir, mən Ter-Petrosyanı dəstəkləyirəm, pul da verirəm, partiyasının da üzvüyəm. Azərbaycanda bu, mümkün deyil. İnformasiya məkanını götürəndə, onlarda telekanallar və internet resursları da var, qarşı tərəfin mövqeyini yayır. Həmçinin azad, sərbəst toplaşmaq, piket, mitinq keçirmək problemi yoxdur.

- Bizdə də müxalifətin mitinqlərinə icazə verilir. Elə sabah növbəti mitinq olacaq...

- Yox, mitinqlərə hərdən icazə verilir. Siz sonuncu dəfə hansı tədbirdə iştirak etmisiniz ki, orada müstəqil QHT-lər, ya siyasi partiyalar tədbir keçirib. Harda olub? Bir dənə zalı imkan vermirlər ki, camaat toplaşsın, tədbir keçirsin. "Məhsul”da mitinq keçirməyə icazə verirlər, bu, başqa məsələdir. Amma gündəlik toplaşmaq, nə isə keçirmək, mübarizə eləmək, bunlar yoxdur. Son illərdə İctimai Televiziyada müxalifət liderlərinin, müstəqil ictimai xadimlərin sifətlərini görmüsünüzmü?

- Ola bilərmi ki, buna doğru hakimiyyət açılım elan etsin?

- Belə tez olmayacaq, amma ona doğru gedəcək.

- Bu seçki ərəfəsində ortaya radikal, söyüşcül müxalifət çıxdı və ənənəvi deyilən müxalifətin heç də radikal olmadığı qənaəti çoxlarında formalaşdı, aparıcı siyasi partiyaların davranışları, siyasi mədəniyyəti hətta təqdir olundu. Bundan sonra həmin qüvvələrə tribuna veriləcəyini güman etmək olar?

- Bilirsiniz, kimə harada yer verməyi heç kəs müəyyənləşdirmir, onu proses müəyyənləşdirir. Əgər hakimiyyət bu tipli məsələlərdən, yəni şərləmək və s. prosesdən əl çəksə, onda o biri tərəflər də bunu etməyəcək. Bu ənənəni hakimiyyət gətirib meydana və vaxtilə stimullaşdırırdı. İndi vəziyyət dəyişib.

- Bəzi namizədlər seçki təbliğatı dövründə əvəzlənəcək məmurlarla bağlı anons edirdilər. Seçkiyə bir gün qalmış prezident İlham Əliyev də "keçmiş xidmətlər nəzərə alınmayacaq, cəzalandırılacaq” deyə, sərt xəbərdarlıq etdi. Bu xəbərdarlıq sizə nə deyir?

- Əslində birinci dəfə deyil ki, xəbərdarlıq edir.

- Amma situasiya başqadır.

- Bəli, situasiya başqadır. Amma mən bu bəyanatlara o qədər də fikir vermirəm. Problem və böhran var. Böhrandan çıxış yolu bu münasibətləri, şəxsləri, çox şeyi dəyişməkdən keçir.

- Necə bilirsiniz, Şərq Tərəfdaşlıq Müqaviləsi də masadadır?

- Danışıqlar gedəcək. Məncə, o məsələni də həll etmək lazımdır. Orda bir problem var, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Cürbəcür bəhanələr gətirirlər ki, biz bazarı qoruyuruq və s. Ancaq əslində bizim bazar xarici bazardan asılıdır. Demək olar ki, biz ölkəyə hər şeyi xaricdən gətiririk. Ona görə də burada bazarın qorunmasından heç cür söhbət gedə bilməz. Əgər kimsə Azərbaycanda pomidoru 4 manatdan satmaq istəyirsə və Avropa, ya Türkiyə gətirib 1 manata satacaqsa, mən istehlakçı kimi istərdim 1 manata alım. İkincisi, biz soyuducu, televizor, maşın götürsək, Azərbaycanda heç nə istehsal etmirik, hamısını xaricdən gətiririk.

- Maşın istehsal olunur...

- Bir növ maşın yığırlar. Amma bağışla, mən niyə o maşını almalıyam? Yenə də orda kiminsə maraqları var? Biz avtomobil istehsalçısı deyilik. Sadəcə, hissələri gətirib burda yığırıq, əlimizdə bayraq edirik ki, biz maşın istehsal edirik. Yığma sexi o demək deyil ki, biz maşın istehsal edirik.

- Parlament seçkilərinin irəli çəkiləcəyi ehtimalı da ara-sıra səslənir. Bu barədə nə məlumatınız var?

- Bu söhbətlər var. Əgər hakimiyyətin icra sistemində dəyişikliklər baş versə, onda parlament seçkiləri məsələsi ortaya çıxa bilər. Yəni tərəfləri bir araya gətirmək, müəyyən keçid platforması yaratmaq üçün parlament meydançasında dəyişikliklərin olması mümkündür. Amma bundan öncə, əlbəttə ki, müəyyən proseslər getməlidir, bir ictimai saziş olmalıdır ki, biz haraya gedirik, neyləyirik, nəyi qururuq? Bunun üçün də "Yol Xəritəsi” lazımdır ki, nə baş verəcəyini biləsən.

- Prezident seçkisindən sonra Qarabağla bağlı nə baş verəcək sualına sizin cavabınız indi necədir?

- Qarabağla bağlı canlanma olacaq. Sadəcə olaraq, Azərbaycanda hər şey islahatlara gedilməsindən asılı olacaq. Mən sözümün üstündə dururam ki, Azərbaycanda demokratiya qurulmayana qədər Qarabağ məsələsi həll olunmayacaq. Seçkidən sonra canlanma olacaq. Amma mən bunlara paralel baxıram, yəni biz nə qədər çox islahatlara getsək, dəyişsək, Qarabağda da daha çox uğur qazana bilərik, bunsuz mümkün deyil.

Elşad PAŞASOY,
"Yeni Müsavat”

Xəbər 4118 dəfə oxunub






Oxşar xəbərlər

Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13457] initstartout [0.00012] initstartin [0.00056] calstart [0.00695] calend [0.00040] topnewsend [0.00282] rsssend [0.00000] ehgend [0.04432] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07889]