Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:16 - 16.12.2018  
Filmə 1,5 milyon ayıran nazirə möhtəşəm – Müraciət
Tarix: 15-11-2018, 09:47 | Bölmə: Xəbərlər » Mədəniyyət

Tanınmış ssenarist və prodüser Hüseyn Mehdiyev Maliyyə naziri Samir Şərifova açıq məktub ünvanlayıb.

Filmə 1,5 milyon ayıran nazirə möhtəşəm – MüraciətKult.az xəbər verir ki, məktubda Milli Məclis komitələrinin birgə iclasında nazir Samir Şərifovun son iki ildə kino sahəsinə vəsaitin ayrılmasının milli kinomuzun inkişafı naminə azaldılması və "bunun artıq öz müsbət nəticələrini verməsi” haqda fikrinə toxunulur:

"Dediyiniz kimi, son 1-2 ildə özəl sektor tərəfindən çox gözəl kinolar çəkilir. Siz yəqin ki, "gözəl kino” deyəndə Şəmi ilə Şoşunu nəzərdə tutursunuz...”

Rejissor qeyd edib ki, bu "filmlər” sənət adamlarını yaradıcı imkanlardan məhrumetməyə bəhanə ola bilməz.

H.Mehdiyev müraciətində infrastrukturun olmamasını xüsusi vurğulayıb:

"Dünyada hər 1 milyon əhaliyə orta hesabla 50-60 kinozal norma sayıldığı halda, 10 milyonluq əhaliyə cəmi 60-70 kinozalı olan (hamısı da, demək olar, mərkəzdə) bizim ölkədə kino biznesindən danışmaq ən azı sadəlövhlükdür... Söz gəlmişkən, vaxtilə bütün ölkəni bürüyən, yüzlərlə zalı olan qış və yay kinoteatrlar məhz kinomuzun inkişafı naminə özəlləşdirilmişdi... Bəs hanı o kinoteatrlar?”

Son illər milli filmlərimizin 60-dan çox ölkədə nümayiş olunaraq, 167 beynəlxalq festivalda iştirak etdiyini və 50-dən artıq mükafata layiq görüldüyünü xatırladan rejissor qeyd edib ki, ölkəmizdə belə göstəriciləri olan sahə çox deyil və bu uğurlar, filmlərimizin real qiymətinin ayrılan vəsaitdən qat-qat artıq olması bahasınadır ki, bu da sənətkarlarımızın min əziyyəti, böyük məhrumiyyətləri ilə kompensasiya olunur:

"Bütün dünya ölkələrində milli kinematoqraf üç təməl üzərində inkişaf edir: Siyasət (ideologiya və təbliğat), iqtisadiyyat (sənaye və biznes) və incəsənət (yaradıcılıq və mənəviyyat)... Bu əsas amillərin hər biri milli kinonun tərkib hissəsidir və onun inkişafı üçün vacibdir. Və ancaq onların arasında düzgün qurulan mütənasiblik onun davamlı və normal inkişafını təmin edə bilər. Məhz ona görə də bütün dünyada kinematoqrafa dövlət himayəsi mövcuddur və məhz dövlət bu mütanasibliyin pozulmasına imkan vermir və milli kinonun inkişafına məsuliyyətlə yanaşaraq, onun taleyini hansısa şəxsi qurumlardan asılı vəziyyətə salmırlar. Bütün bunlara əsaslanaraq, dünyada kinematoqrafın bir neçə inkişaf modeli mövcuddur... və bu modellərin hamısında dövlət məhz sənətə dayaq durur və onu maliyyələşdirir...”

Rejissor həmçinin qeyd edib ki, ölkədə aparılan böyük islahatlar dalğasında kinematoqrafiya ilə bağlı agentliyin yaradılması yaxşı olardı:

"Milli kinomuzda mövcud pərakəndəliyin və səriştəsizliyin qarşısını almaq məqsədi ilə dünya ölkələrinin təcrübəsindən çıxış edən və vahid konsepsiyaya söykənən, məqsədyönlü və ardıcıl fəaliyyət, infrastrukturun bərpasına və yuxarıda dediyimiz kimi siyasi, iqtisadi və yaradıcı münasibətlərin formalaşması ilə məşğul olmalı idi...”

Sonda rejissor həmkarları adından nazirə çağırış edib:

"Çox spesifik sahə olan milli kinomuzun taleyüklü məsələlərinin həllində ümumi iqtisadi qanunlardan yox, kinematoqrafın təbiətindən və xarakterindən doğan qanunlardan çıxış etməyə çağırırıq...”

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov kinoya ayrılan vəsaitin artırılmasını istəyib. Parlamentdə büdcə müzakirələri zamanı çıxış edən R.Hüseynov bildirib ki, 2016-cı ildə kino sahəsinə 65 milyon manat ayrılmışdı:

"Bunun nəticəsində onlarla qısametrajlı filmlər çəkilib. Xatırladınm ki, Qazaxıstan "Köçərilər” filmini çəkmək üçün 40 milyon dollardan çox vəsait ayırmışdı. Hesab edirəm ki, kino sahəsinə 1,5 milyon manat ayırmaqla bu sahəni inkişaf etdirmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, kino sahəsində dublyaj da var. Fikrimcə, bu vəsait artırılmalıdır. Cənab Prezident Azərbaycan dilinin qorunması ilə bağlı fərman verib. Bu, olduqca əhəmiyyətli sənəddir. Azərbaycan dilinin qorunmasında dublyaj sahəsinin də ciddi rolu var”.

Xəbər 452 dəfə oxunub






Oxşar xəbərlər

Türkiyə Hərbi Hava Qüvvələri 7 terrorçunu məhv etdi
Qarabağda iki erməni əsgəri ağır yaralandı
Çindən Azərbaycana karqo qaydaları dəyişdi
“İslamın 1400 illik çatı” - Səudiyyə ilə İran nüfuz savaşında
Millət vəkili Mübarizə "qatil" deyən psixoloqu YIXIB-SÜRÜDÜ
Ramiz Rövşən Allahın Yer üzünə sevgi məktubudur...
Meksika Prezidenti evtanaziyanı dəstəkləyib
“Azərkosmos” rəsmisi dünyaya işsizliyin gəldiyini dedi
AMEA işçiləri bağ-bostan əkəcəklər
İlyas İsmayılov: - “Ölkə göstərişlərlə idarə olunur”
İnqilab illüziyası müxalifəti rahat buraxmır
Eldar Mahmudov şərikinin ifadəsi ilə həbs edə bilər
Yeni ABŞ səfiri Bakıya nə vaxt gələcək?
Azərbaycanla Aİ saziş imzalamağa yaxınlaşıb
İran-İsrail qarşıdurması müharibəyə çevriləcəkmi?
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq?
Deputat Kamran Nəbizadə sərxoş halda dava saldı
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi (?)
Bürclər – 15 dekabr
Ərdoğanla Tramp arasında razılaşma əldə olundu
Prezident onlara general rütbəsi verdi (SİYAHI)
Tramp soyadını dəyişmək istəyir
"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI
Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl
Mafioz, xeyriyyəçi yoxsa siyasi OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…
Azərbaycanda yeni dövlət qurum yarandı (FƏRMAN)
Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”
Londonda “sarı jiletlilər” “Vestminstr körpüsü”nü bağlayıb
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür
“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...
Ucarda bir ailə kömək istəyir - EVLƏRİ UÇUB
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
Bakıda "BMW" yandı - VİDEO
İşçilərin sayı artdı – Maaş 540 manata çatıb
Eldar Əzizov Atatürk parkını niyə “şumlayır”? - Açıqlama
“İnşaat Konstruksiyaları” MMC barədə CİNAYƏT İŞİ BAŞLANDI – Rəsmi
AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq
"iPhone"un Çində satışına qadağan qoyulub
Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
Köçəryanın vəkili azərbaycanca danışdı: “Bilmirəm”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17268] initstartout [0.00017] initstartin [0.00098] calstart [0.01254] calend [0.00071] topnewsend [0.00562] rsssend [0.00000] ehgend [0.02041] tagsstart [0.00077] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13145]