Demokratik TV
Xəbər lenti
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
- 14 iyun 2019, 20:05
Gəncədə polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Gəncə şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə "Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Şəhər Baş Polis İdarəsinin və tabeli qrumularının şəxsi heyəti fəal iştirak ediblər. Onlar bu kimi xeyriyyə tədbirlərinin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir insanın vətəndaşlıq borcu olduğunu bildiriblər.
Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiriliblər, sonra isə qan vermək üçün masalara yaxınlaşıblar.
Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Aksiya dünən baş tutub.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Şəki polisləri qanvermə aksiyası keçirdi - FOTOLAR
Gəncədə oğru saxlanılıb
Gəncə sakinində silah aşkarlanıb
Gəncədə bıçaqlamada şübhəli bilinən şəxs saxlanıb
Gəncədə bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Evlənmək istəyən 6 nəfərdə QİÇS aşkarlanıb
Gəncədə ƏMƏLİYYAT! - TAPANÇA + ƏL QUMBARASI + NARKOTİK
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti