Evlənmək istəyən 6 nəfərdə QİÇS aşkarlanıb
- 03 iyul 2018, 13:34
Bu ilin iyun ayında nikaha daxil olmaq istəyən 11911 nəfər tibbi müayinədən keçib.
Bu barədə musavat.com-a Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
Onun sözlərinə görə, ötən ay müayinədən keçən şəxslərdən 305 nəfərində talassemiya daşıyıcılığı, 41 nəfərdə sifilis, 6 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 6 olub.
Direktor bildirib ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən bu günə qədər tibbi müayinədən keçmiş 43066 nəfərdən 15997 nəfərdə talassemiya daşıyıcılığı, 1479 nəfərdə sifilis, 351 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 159 olub.
