Demokratik TV
108 nəfər QİÇS-ə yoluxub
Bu ilin 3 ayı ərzində Azərbaycanda 108 nəfərdə QİÇS-ə yoluxma faktı aşkarlanıb.

Ümumilikdə Azərbaycanda ilk dəfə QİÇS infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 aprel 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində QİÇS infeksiyası təsdiq olunmuş 6293 nəfər qeydiyyata götürülüb. Onlardan 6086-ı (96,7%) Azərbaycan vətəndaşı, 207-i (3,3%) isə əcnəbidir, QİÇS-ə yoluxmuş insanların 4649-u (73,8%) kişi, 1644-ü (26,2%) qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 6293 nəfərdən 2979-da QİÇS-ə yoluxma inyeksion narkotik istifadəsi (İNİ) nəticəsində baş verib. Onlardan 2190 (74,5%) nəfər dispanser qeydiyyatındadır. 01.04.2017-ci il tarixinə ART-yə cəlb olunmuş QİÇS-li xəstələrin ümumi sayı 3653 nəfər təşkil edib. Onların da 1677 nəfəri İNİ olub. Cari ilin 3 ay ərzində isə ART-yə cəlb olunan 115 pasiyentdən 24 nəfərində İNİ aşkar edilib.
Demokratik.Az
