ADAU-nun rektoru magistr tələbələrlə görüşüb

  • 21 sen 2018, 16:22

Demokratik.Az-ın məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor, AMEA-nın müxbir üzvü  İbrahim Cəfərov hər il olduğu kimi bu dərs ilinin ilk həftəsində də təhsilin magistratura pilləsinin 1-ci kursuna qəbul olan tələbələrlə görüşüb.

Məlumdur ki, magistr pilləsi həm də təhsildə elmi dərəcə hesab edilir. Bu pilləni bitirən tələbələr ali təhsil müəssisələrində bilik və istedadları daxilində işlə də təmin olunur.

ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə bu il magitratura təhsili almaq üçün 30 ixtisas və 76 ixtisaslaşma üzrə 127 nəfər tələbə məhz bu universiteti seçib. Onlardan 54 nəfəri isə təhsilini dövlət sifarişi əsasında alacaq.

Rektor İbrahim Cəfərov tələblərlə görüşdə deyib ki,  bu gün dövlət sizin mükəmməl və keyfiyyətli təhsil almağınız üçün hər şəraiti yaradıb. Əslində siz bizim üçün kadr bazasısınız. Eyni zamanda dövlət və elm üçün böyük əhəmiyyət kəsb edirsiniz. Elmin gələcəyi sizlərin əlindədi. Odur ki, müəllimlərinizdən daha çox öyrənməyə  çalışın. Elmi nəzəriyyənin təcrübəyə tətbiqi üçün də istənilən şərait var və siz bu şəraitdən bəhrələnə bilərsiniz.

Görüşdə tələbələr xaricdə təhsil, iş məsələsi, dil öyrənmək, təcrübələrdə iştirak etmək və başqa suallar səsləndirib və qaldırılan sualların hamısına da müsbət cavablar alıblar.


Oxşar xəbərlər