İbrahim Cəfərova fəxri professor adı verilib - fotolar
- 12 sen 2017, 11:26
İBRAHİM CƏFƏROVA MİÇURİN DÖVLƏT AQRAR UNİVERSİTETİN FƏXRİ PROFESSORU ADI VERİLİB.
Azərbaycan
Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov
Rusiyanın Tombov şəhərində yerləşən Miçurin Dövlət Aqrar Universitetin fəxri
professoru adına layiq görülüb.
Bu barədə ADAU-nun mətbuat xidmətindən "Demokratik.Az"-a bildirilib ki, fəxri ad 12-ci Ümumrusiya "Bağçılıq günü-2017” sərgisi çərçivəsində MDB rektorlar şurasının toplantısında verilib. İnkaredilməz həqiqətdir ki, ADAU təkcə Azərbaycan ali təhsil məkanında deyil, onun xaricində də güclü maddi-texniki bazaya malik, hər cür təhsil şəraiti və müasir tələbə evləri olan təhsil müəssisəsi kimi tanınır. Təbii bunlar aqrar təhsilin inkişafına dövlət qayğısının və idarəetmənin düzgün, şəffaf formada həyata keçirilməsinin nəticəsidir. Elə bu səbəbdən də İbrahim Cəfərov fəxri adlara, dövlət mükafatlarına, minnətdarlıq və təşəkkürlərə layiq rektorlardandır. Demək yerinə düşər ki, ADAU Miçurin Dövlət Aqrar Universiteti ilə də səmimi əməkdaşlıq edir, qarşılıqlı şəkildə yeniliklər öyrənilir, təcrübələrdən bəhrələnilir. Bu da kənd təssərrüfatı kadrlarının hazırlanmasına gərəkli töhfələr verir.
