“Erotikanı həyasızlıqdan ayıra bilməyənlər…” – Dilarə

  • 04 iyul 2018, 09:25

"Erotikanı həyasızlıqdan, cazibədarlığı vulqarlıqdan, sənəti isə baltadan ayıra bilməyənlər, yan keçən külək ilə sağ olun”.

Bu sözləri müğənni Dilarə Kazımova sosial şəbəkədə yazıb. Sənətçi açıq-saçıq fotolarını təhqir edənlərə cavab verib:

"Anlayıram ki, həyatınızda xoşbəxtlik sözündən "x” hərfi də yoxdur, amma onu elə boz qapılarının arxasında saxlayın. İnsanların rənglərlə dolu həyatına onsuz "bozluq” qatmaq olmayacaq. Amma adekvat və səmimi insanlar, bəyənənlər və bəyənmiyənlər… Sənətimi, sənətimdə atdığım hər addımı, səsimi, şəkillərimi müzakirə etməyə hər zaman hazıram. Məni sevənlərin, ordunun gündən-günə işıq sürəti ilə çoxalmasını görürəm və buna sozsuz xəşbəxtəm. Öz tərəfimdən isə söyləmək istəyirəm: sizin hamınızı çox istəyirəm”. /axsam.az/

Oxşar xəbərlər