Aygün Kazımova: "İlhamə dəfələrlə məni də şərləməyə çalışıb" - FOTO

  • 02 fev 2016, 20:45
Müğənni Aygün Kazımova həmkarı İlhamə Quliyeva ilə onun köməkçisi Mehriban Hüseynovanın arasında yaşanan qalmaqala münasibət bildirib. 
Aygün Kazımova İlhamə Quliyevanın barəsində "İnstagram" hesabında sərt ifadələr yazan Mehriban Hüseynovaya dəstək olub: "Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun. Məni də dəfələrlə şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım darıxmayın, möhkəm olun! Allah böyükdür. Haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan, tanıyır".

musavat.com
Oxşar xəbərlər