"Daha satmağa bir şeyim qalmayıb” - Aygün Kazımova

  • 02 mart 2016, 20:09
Artıq satmağa heç nəyim yoxdur.

Bu sözləri müğənni Aygün Kazımova "Hər axşam” verilişində şəxsi həyatı haqda danışarkən deyib. O, ürəyinin boş olduğunu bildirib: 

"Qəlbimdə sevgi yoxdur. Ürəyim boşdur. Bütün ürəyimi yaxınlarım, pərəstişkarlarım zəbt edib. Amma hər xanımın arzusudur ki, yanında sevdiyi insan olsun”. 

Xalq artisti konsertlə bağlı suala da cavab verib: 

"Çox istəyirəm super, şamplena bir konsert verim. Artıq satmağa heç nəyim yoxdur. Hər şeyimi satmışam. Gərək fikirləşim görüm, evdə daha nə qalıb. Nəyisə satmasam, mümkün olmur. Amma narahat olmayın, bir şey tapacağam. Etdiyim layihələrdən sonra balaca bir iş görmək mənə yaraşmaz”.

axar.az
Oxşar xəbərlər