Moskva üzərində qorxulu anlar: İki təyyarə...

  • 27 apr 2018, 14:59

Moskvanın "Şeremetovo” aeroportundan havaya qalxan iki təyyarəni ildırım vurub.

Oxu.az xəbər verir ki, məlumatlara görə, "Bombardier” və "Airbus A320” təyyarələrinin komandirləri bir saat fərqlə havaya qalxdıqları zaman baş verən hadisə ilə bağlı aeroportu məlumatlandırıblar. Onlardan biri uçuşu yarımçıq dayandırıb və aeroporta geri dönüb.

"Bombardier” təyyarəsi Moskva-Münhen reysini yerinə yetirirmiş. Hadisədən sonra təyyarənin komandiri geri dönmək üçün icazə istəyib”, - məlumatda deyilir.

"Airbus A320” təyyarəsinə ciddi ziyan dəyməyib.

Demokratik.Az

Oxşar xəbərlər