Şok əməliyyat: Rusiya iki MKİ agentini tutdu

  • 11 noy 2015, 13:29

Rusiyanın Misirdəki təyyarəsi Böyük Britaniya istehsalı olan "torpaq-hava” tipli raketlərlə vurulub.

 

Bu barədə "Vhatdoesitmean.com” portalı informasiya yayıb. Sayt bu raketlərin İŞİD-ə Səudiyyə Ərəbistanı tərəfindən verildiyini iddia edib.

 

Bildirilir ki, Sinay yarımadasında təyyarənin partlamasından bir müddət sonra rus xüsusi təyinatlıları Yəməndə Mərkəzi Kəşfiyyat İdarəsinin iki əməkdaşını yaxalayıb. Agentlərlə bərabər onların həddən artıq mürəkkəb cihazları da Moskvanın əlinə keçib. Daha sonra isə Yəmənin paytaxtı Sənaya Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə göndərilib. Bu zaman Səudiyyə Ərəbistanı həmin təyyarənin havaya qalxacağı təqdirdə onu məhv edəcəyini açıqlayıb. Bir neçə saat ərzində Rusiya Hərbi Kosmik Qüvvələri Səudiyyə Ərəbistanına qarşı cavab tədbirləri görüb. Bu isə FHN təyyarəsinin rahat geri qayıtmasına şərait yaradıb.

 

Rusiya təyyarəsinin geri dönüşü zamanı İranın "C-130 Herkules” təyyarəsinin onu mühafizə etdiyi də qeyd edilir. Suriyaya uçan təyyarə Qərbə məxsus radar sistemlərinin hədəfi tuta bilməməsinə imkan yaradıb.

 

Sayt ələ keçən hər iki şəxsin Misir təyyarəsinin partladılması əməliyyatına rəhbərlik etdiyini iddia edib.

 

Qeyd edək ki, bir müddət öncə Misirdə Rusiya təyyarəsi partladılmışdı. Nəticədə təyyarənin içində olan 224 nəfərin hamısı ölmüşdü.