Demokratik TV
Xəbər lenti
AZAL-dan yeni təyyarə ilə Nyu Yorka birbaşa reys...
- 08 noy 2015, 15:30

AzərTac-ın Nyu Yorka təşkil olunan press-turda iştirak edən müxbirinin məlumatına görə, noyabrın 7-də səhər saat 8-də Bakıdan havaya qalxan təyyarə 11 saat 50 dəqiqədən sonra Nyu Yorkun Con Kennedi beynəlxalq hava limanında enib. Təyyarəni Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları, Nyu Yorkda isə AZAL-ın bu şəhərdəki nümayəndələri qarsalayıblar.
"Boeing-787-8 Dreamliner" müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir.
Bu reysin sərnişinlərinə üç xidmət sinfi - ekonom sinfi üzrə 157, biznes sinfi üzrə 35 və birinci dərəcəli standartlara cavab verən lüks sinfi üzrə 18 yer təklif olunur.
"Azərbaycan Hava Yolları”nın "Boeing-787-8 Dreamliner" tipli təyyarəsi Trans-Atlantik test uçuşu həyata keçirib və bu xəttin istismarı üçün bütün zəruri icazələri alıb.
Bakı-Nyu York - Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti