Dinozavr yumurtaları tapılıb - Argentinada
- 17 apr 2017, 08:19
Argentinanın
cənubunda yerləşən Neuken əyalətində dinozavrlara aid yumurtalar aşkar edilib. "Report"
xəbər verir ki, bu barədə "Telam" agentliyi məlumat yayıb. Yumurtaların
70 milyon il əvvələ aid olduğu bildirilir. Onların içində dinozavrların
embrionlarının qalıqları qalıb. Neuken Mədəni İrsinin Mühafizəsi
Departamentinin rəhbəri Klaudiya Delya Neqra bildirib ki, alimlər üçün bu
tapıntı böyük əhəmiyyət kəsb edir. "Onlar embrionları hərtərəfli tədqiq edirlər
və artıq embrional dəri və dişin təhlilini etmək mümkün olub", - deyə o
əlavə edib.
Delya Neqranın sözlərinə görə, onların tapıldığı ərazinin bataqlıq olması, sonradan isə oranın vulkan çöküntüləri altında qalması sayəsində yumurtalar dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çıxıb.
Demokratik.Az