Hitler tutuldu

  • 14 fev 2017, 13:54

 

Avstriyada özünü Hitlerə bənzədən şəxs Nasist dövrünü şöhrətləndirməklə ittiham edilib.

Oberoesterreichische Nachrichten-ə istinadən bildirir ki, 25 yaşlı gənc özünü Harald Hitler adlandırır. O, Braunau am Inn şəhərində yerləşən Adolf Hitlerin doğulduğu evin önündə şəkil çəkdirib.

O, bu yaxınlarda Almaniya sərhədində yerləşən şəhərə köçüb.

Bu gəncin hərəkətləri nə zarafatdır, nə də tamaşa.

"Gənc adam dəqiq hansı işləri gördüyünü bilir. Onu Vyana və Qras şəhərlərində də Adolf Hitler obrazında görüblər", - şəhər polisinin yetkilisi David Furtner deyib.

Şəxsin şəkillərini Avstriyanın Heute.at xəbər saytı tərəfindən bazar ertəsi yayımlamışdı. (Milli.Az)

Oxşar xəbərlər