Hitlerin evini sahibinin əlindən almaq istəyirlər

  • 09 apr 2016, 19:06
Avstriya hakimiyyəti Braunau-na-İnneş şəhərində Adolf Hitlerin doğulduğu evi onun yiyəsinin əlindən almaq istəyir.

Avropa.info xəbər verir ki, bu barədə "Oberösterreichische Nachrichten” nəşri yazıb. Hakimiyyət evi almaq istəsə də, ev sahibi heç bir vəchlə onu satmaq istəmir. 

Avstriya hökuməti hesab edir ki, yalnız evin təcridindən sonra binanın neonasist təbliğatında istifadə olunmasının qarşısını almaq olar. Ev sahibini mülkiyyət hüququnda məhrum etmək üçün isə hökumət qanunvericiliyi dəyişməlidir.

1972-ci ilə kimi Hitlerin evini Avstriya Daxili İşlər Nazirliyi icarəyə götürüb. 2011-ci ilə kimi orada məhdud qabiliyyətli insanlar üçün mərkəz olub. İndi isə bina boşdur.

 

Demokratik.Az

Oxşar xəbərlər