Bakıda kafedə partlayış olub

  • 29 iyun 2019, 18:49

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxində həcmi 50 litr olan maye qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.

Demokratik.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına (FHN) istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar 30 m² sahədə yanıb.

Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər