GƏDƏBƏYDƏ SİLAH-SURSAT TAPILIB

  • 01 apr 2019, 00:01
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat - axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, martın 27-də daxil olmuş məlumat əsasında Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Turşsu adlanan meşəlik ərazisindən bir ədəd istifadəyə yararsız AKS-74 markalı silah, 64 ədəd avtomat patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər