QANUNSUZ SAXLANILAN SİLAH GÖTÜRÜLDÜ

  • 27 yan 2019, 13:01

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

  DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, yanvarın 25-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Ərəkit kənd sakini Fazil Allahyarovdan müvafiq sənədləri olmayan "TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb. F. Allahyarova  İnzibati Xətalar Məcəlləsinin 590.2 –ci maddəsi ilə protokol tərtib olunaraq İsmayıllı Rayon Məhkəməsinə göndərilib.


Oxşar xəbərlər