Bolqarıstanlı jurnalisti zorlayıb öldürdülər

  • 09 okt 2018, 08:21

Bolqarıstanlı jurnalist zorlanaraq qətlə yetirilib.

BAKU.WS
 Rusiya KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı telejurnalist Viktoriya Marinovanın cəsədi Ruse şəhərində tapılıb.

Jurnalistin meyitini yoldan keçən şəxs Dunay çayı sahildəki meşə zolağından aşkar edib və dərhal bu barədə polisi məlumatlandırıb.

 

 

Hüquq-mühafizə orqanlarının ilkin açıqlaması hər kəsi dəhşətə gətirib. Teleaparıcı ölümündən öncə isə cinsi təcavüzə məruz qalıb. Onun ölümünə səbəb başından aldığı zərbə və boğulma olub.

Viktoriya Marinovanın cəsədindən bir neçə metr aralıda aşkarlanan şəxsi əşyalarının içində mobil telefonu və maşının açarları tapılmayıb. Yaxınlıqda isə avtomobili park edilib.

İstintaq onun ölümü ilə bağlı bir neçə versiyanı, həmçinin peşəkar fəaliyyətini nəzərdən keçirir. V. Marinova Avropa İttifaqı fondlarından pul vəsaitlərinin oğurlanmasının araşdırırdı.

Cinayət yerinin yaxınlığında psixiatriya xəstəxanasının olması, qətlin peşəkar fəaliyyətlə əlaqəli olmadığı versiyasını da yaradır.

Oxşar xəbərlər