Türkiyədə təcavüzə məruz qalmış 9 aylıq körpə öldü

  • 25 avq 2016, 09:40
Türkiyənin Qaziantep şəhərində təcavüzə məruz qalmış 9 aylıq körpə, hadisədən 5 gün sonra daxili qanaxma səbəbindən həyatını itirib.  

Tarlada çalışan anası 9 aylıq qızına təcavüz edən şəxsi görmədiyini deyib. 9 aylıq körpə bu gün müalicə aldığı xəstəxanada arxasında insanlıq üçün böyük bir utanc qoyaraq dünyasını dəyişib. 

Xatırladaq ki, hadisə vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə sığınan suriyalı ailənin başına gəlmişdi. 

5 gün öncə Qaziantepdə tarlada işə başlayan suriyalı qadın, körpəsini çadıra qoyaraq bir neçə metr oradan uzaqlaşıb. Ana geri döndüyündə şok yaşayıb. Ailə körpənin təcavüzə məruz qaldığını görərək dərhal İslahiye Dövlət xəstəxanasına üz tutublar.

Hadisəni ilk olaraq "BirGün" qəzetinin müxbiri Hüseyn Şimşek sosial şəbəkələrdə paylaşıb. Məlumat yayıldıqdan sonra məsələ böyüyüb. Jurnalist isə təhqir və təhdidlərlə üzləşib. Qatı dindar olduğu iddia edilən bəzi şəxslər onu qiyamçı, araqarışdıran, qələmi olan terrorçu adlandıraraq jurnalisti hədələyiblər.

Polis və jandarma körpəyə təcavüz edən şəxsi hələ də axtarır. 
Oxşar xəbərlər