Gürcüstanda erməni ailə qətlə yetirilib

  • 11 iyul 2016, 13:44
Gürcüstanda Axalkalaki rayonunun Vaçian kəndində erməni ailə qətlə yetirilib.

APA-nın "news.am”-a istinadən verdiyi məlumata görə, ötən gün 37 yaşlı ana və 7, 16, 18 yaşlı uşaqların meyitləri yaşadıqları evdə aşkar edilib. Onların meyitləri qonşular tərəfindən tapılıb. İlkin məlumata görə, qətl bir neçə gün əvvəl baş verib.

Ana və iki qızı başlarına küt alətlə zərbə etdirilərək qətlə yetirilib, oğlanı isə boğaraq öldürüblər. Evdə bütün əşyalar alt-üst edilib.

Ailə başçısı Rusiyada işləyir.
 
Oxşar xəbərlər