Keçmiş MTN zabitinə 3 il HƏBS

  • 10 iyul 2018, 13:14

Dələduzluqda təqsirləndirilən keçmiş MTN zabiti Elçin Əhmədovun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Demokratik.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsindən hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edərək müvəkkili barəsində həbslə bağlı olmayan cəza verilməsini tələb edib.

Keçmiş MTN zabiti son sözündə vəkilləri ilə razı olduğunu deyib. Hakimlər kollegiyasınım hökmünə əsasən, Elçin Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror E. Əhmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, E. Əhmədov vətəndaşlara dövlət orqanlarında işə düzəldəcəyi vədini verərək, onların ümumilikdə 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. E. Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olub. Sonradan işdən çıxarılıb.

 

Demokratik.Az

Oxşar xəbərlər