Demokratik TV
Xəbər lenti
Milyarder Əliyevin adamı sifarişli qətldə ittiham olunur
- 26 yan 2018, 13:14
Rusiyanın Sankt-Peterburq şəhərində "Tülpan İlham” kimi tanınan qüdrətli restorator-milyarder İlham Əliyevin yaxın adamına sifarişli qətl üzrə ittiham irəli sürülüb. Virtualaz.org xəbər verir ki, hazırda digər cinayət əməllərinə görə həbsdə olan Qalib Əsədov 6 il əvvəl baş vermiş sifarişli qətldə ittiham olunur.
Əsədova qarşı irəli sürülmüş ittihama əsasən 0, 2012-ci ilin yayında Peterburqda yaşayan xarici ölkə vətəndaşını öldürmək üçün sifariş qəbul edib. İlkin məlumatlara görə sifarişçi ona qurbanın fotosunu və yaşadığı ünvanı verib, Əsədov həmin il iyulun 29-da öldürəcəyi şəxsi Severniy prospekində güdüb və onun başına beysbol dəyənəyi ilə zərbə endirib. 36 yaşlı şəxs aldığı zərbədən yerindəcə ölüb.
Hadisə ilə bağlı cinayət işi qaldırılsa da uzun müddət bu qətlin üstü açılmamış qalırdı. Yalnız bir neçə gün əvvəl-yanvarın 24-də cinayət işi "sifarişli qətl” maddəsi ilə yenidən başladılıb. İstintaqın versiyasına görə Əsədov bu qətli törətmək üçün 200 min rubl alıb. Sifarişçi isə Azərbaycandan olan biznesmen Çobanovdur. O, hazırda Rusiya hüdudları xaricindədir. Çobanovun federal axtarışa veriləcəyi gözlənilir.
Qalib Əsədova qarşı ittiham isə hazırda onun saxlanıldığı istintaq təcridxanasında irəli sürülüb. O, İlham Əliyevin rəqibləri ilə restoran müharibəsi ilə bağlı epizodlara görə həbs edilib. Əsədov Ermənistandan olan biznesmeni öldürməkdə və Sertolovodan olan biznesmenə sui-qəsd təşkil etməkdə ittiham olunur. 2016-cı ildə məhkəmə ona 11 il həbs cəzası kəsib. "Tülpan İlham” özü də hazırda həbsdədir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Rusiyada azərbaycanlı həmyerlisinin qətlini sifariş edib
Telman İsmayılov axtarışa verilir: kriminal əməllər
Rza Zərrabın qardaşına qarşı ittiham irəli sürüldü
"AST" Telmanın həbsi barədə qərar qəbul olundu
“Lotu Quli" beynəlxalq axtarışa verildi
"AST" Telmanı ən yaxın adamı satdı
Bıçaqlanan şəxsə cinayət işi açıldı
Azərbaycanlı “qanuni oğru”nu kim öldürtmək istəyib - yeni savaş başlayır
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti