Rza Zərrabın qardaşına qarşı ittiham irəli sürüldü

  • 08 noy 2016, 10:54
ABŞ-da İran əsilli iş adamı Rza Zərrabın qardaşı Məhəmməd Zərraba qarşı ittiham irəli sürülüb.

APA xəbər verir ki, o İran hökuməti və şirkətlərinin lehinə irimiqyaslı sövdələşmələr həyata keçirməkdə şübhəli bilinir.
 
Rza Zərrab martda ABŞ-ın Mayami şəhərində həbs olunub. O, İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir. Bütün ittihamları rədd edən Rza Zərrabın işi üzrə məhkəmə 2017-ci il, yanvarın 23-ə planlaşdırılıb.
Oxşar xəbərlər