Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:10 - 22.11.2019  
AQTA-nın 1 milyona başa gələn çadırları hansı materialdan hazırlanıb ki?
Tarix: 25-07-2019, 23:27 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Azərbaycanda dövlət qurumları tərəfindən keçirilən tenderlərin böyük əksəriyyətinin korrupsiya mənbəyi olduğuna, bu yolla büdcə vəsaitlərinin mənimsənildiyinə və nəticədə biznes sahəsində azad rəqabət mühitinin məhv edildiyinə dair mətbuatda çoxsaylı faktlar dərc olunub. İş adamları, müstəqil iqtisadçılar və hətta bəzi deputatlar da bunun ölkə iqtisadiyyatına vurduğu ziyan barədə açıqlamalar veriblər. Lakin necə deyərlər, dəyirman öz işindədir…

Bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tabe olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun "Qurban” bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti çadır və avadanlıqlar aldığı barədə məlumat verilmişdi. Sözügedən qurumun bu məqsədlə 13 iyun 2019-cu il tarixində keçirilmiş tenderində heç kimin tanımadığı hansısa "Novotrend” MMC qalib elan edilib. Və nəticədə sözügedən şirkətə 802 min manat ödəniş edilib.

Həmin vaxt çadırların sayı barədə bir şey deyilmirdi. Ötən gün isə AQTA-nın yaydığı məlumatdan belə nəticə çıxarmaq olar ki, sözügedən çadırlar 30 yerdə quraşdırılacaq.Belə çıxır ki, 30 ədəd müvəqəti çadıra və onun avadanlıqlarına 1 milyon manata yaxın vəsait xərclənib. Deməli, hər çadır təxminən 30 min manata başa gəlib.

02

AQTA-nın yayımladığı məlumata və çadırların "məziyyətləri” barədə bəzəkli təqdimata rəğmən, nə qədər diqqətlə baxsaq da, bu çadırların və onların adi su kranı və ət asmaq üçün qarmaqlardan ibarət "avadanlıqlarının” 30 min manata başa gəldiyi heç cür inandırıcı görünmür. Yalnız bu "avadanlıqların” hansısa bahalı əlvan metaldan hazırlandığı, çadırın parçasının isə xalis "çin qumaşı” olduğu təqdirdə belə bir "sənət əsəri” ərsəyə gələ bilərdi. Görünür, tenderlərlə bağlı günümüzün reallığına çevrilən "şişirtmə metodu” burada da öz sözünü deyib…

01

Xatırladaq ki, AQTA qısa müddətdə bir neçə bu cür tender "möcüzəsi” yarada bilib. 800 minlik çadır tenderilə yanaşı AQTA 643 min manatlıq iki tenderin qalibi olaraq da "Medeks” MMC-ni elan edib. "Medeks” Agentliyə laborator sərf materialları satıb. 12 İyul 2019-cu il tarixində imzalanan müqavilənin məbləği 43 min 208 manatdır.

Həmçinin İyulun 7-də AQTA Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün "Medeks” MMC ilə daha bir müqavilə imzalayıb. Bu müqavilənin məbləği isə 599 min 749 manatdır.

aqta

Maraqlıdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2008-2016-cı illərdə "Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb. Mətbuatda hazırda da bu şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu iddia edilir. "Medeks” MMC-nin saytında da Qoşqar Təhməzlinin şirkətin rəhbəri olduğu və "Ən yaxşı top-menecer” adına layiq görüldüyü qeyd edilib. Fikrimizcə, əlavə şərhlərə ehtiyac qalmır…

C.Məmmədov
AzPolitika.info

Xəbər 1265 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda oğru marketin 2 işçisini bıçaqlayıb
“Hakimiyyəti populistlərə güzəştə getdim” - Sarkisyan
Türkiyənin məşhur aktrisaları Bakıya gəlir
Varlı rektorun kasıb həvəsləri: "İbrahim Cəfərov universiteti "dağıdır", "talayır" demək olarmı?
Azərbaycanda Ombudsman dəyişir: Üç namizəd var
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
Ayaz Mütəllibov Paşinyana sərt cavab verdi
Mehriban Əliyeva Putinlə görüşəcək
“Bu adamlar “söyüş kampaniyası” fonunda öz varlıqlarını...” - QULU MƏHƏRRƏMLİ
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı
Zatulin: "Ancaq 5 rayon qaytarıla bilər, Qarabağı unudun"
Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.50484] initstartout [0.00027] initstartin [0.00122] calstart [0.01440] calend [0.00083] topnewsend [0.00893] rsssend [0.00000] ehgend [0.01852] tagsstart [0.00102] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.45958]