Xəbər lenti
Bütün xəbərlər

“Əhaliyə bulaq suyu adı ilə krant suyu satırlar”

  • 08 iyul 2019, 09:40
"Cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Ölkədə istehlakçı hüquqları qorunmadığı üçün isə xarici və yerli istehsalçılar bundan sui-istifadə edirlər”.
Demokratik.Az xəbər verir ki, bu sözləri Lent.az -ın suallarını cavablayarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, hazırda ölkədə ən çox çirklənmiş seqment olan spirtli içkilərdə həddən artıq saxla mallar mövcuddur:
"İki il bundan əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi böyük istintaq kampaniyası apardı və ən bahalı, brend içkilərin ölkədaxili ərazilərdə butulkalara doldurularaq mağazaya paylanılmasını aşkarladı. Düşünürəm ki, bu məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) alınaraq DİN-ə verilməlidir. Çünki onlar bu sahədə daha ciddi işləyirlər”.
E.Hüseynov əlavə edib ki, digər içkilərdə də sözügedən problemlər var: "Məsələn, bizə dünən şikayət gəldi ki, Gəncənin "Şərq” restoranında ölkənin məşhur sularından biri olan içkinin şüşəsinə krant suyu doldurduqdan sonra qapağı dəyişdirilib və hazırda müştərilərə satılır.
Əlavə edim ki, hazırda bazarda çirkənmiş içkilər seqmentində ilk yerdə spirtli, ikinci yerdə qazlı və qazsız içkilər, üçüncü yerdə isə süd məhsulları yer tutur”.
Oxşar xəbərlər