Eynulla Fətullayev "AQTA" və rəhbərini ittiham edir: “Şəhərin canına düşüb rüşvət yığırlar”

  • 10 mart 2019, 23:03

"Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı – Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır”.

 

 

 

 

 

 

 

Bu ittihamlar Haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevə məxsusdur. 

Jurnalist özünün facebook səhifəsindəki statusunda iddia edib ki, Bakının bazarlarında açıq şəkildə ölü heyvan əti satılır, AQTA məmurları isə onu satanlardan rüşvət alaraq, buna göz yumurlar.

"Hər səhər, təxminən saat 5.00-dan-8.00-a qədər "Təzə Bazar”da ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu "qara nöqtənin” əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu "qara bazar”dan rüşvət alır və belə cinayətlərə göz yumur… Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir”, – Fətulayev davam edir.

Jurnalist öz statusuna AQTA rəhbəri Qoşqar Təhməzlinin fotosunu əlavə edərək somda belə yazıb:
"Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı…”

Oxşar xəbərlər