Demokratik TV
Xəbər lenti
Messi “Barselona”nın futbolçularını danlayıb
- 23 sen 2019, 16:13
İspaniya təmsilçisi "Barselona”nın kapitanı Lionel Messi komanda yoldaşlarını danlayıb.
"Report” "Cadena COPE”yə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu La Liqanın V turunda səfərdə "Qranada”ya 0:2 hesabı ilə uduzduqları matçda oyunçuların çıxışından narazı qalıb.
Argentinalı forvardın paltardəyişmə otağında "Barselona”nın futbolçularını sərt şəkildə tənbeh etdiyi bildirilir.
Qeyd edək ki, zədə səbəbindən mövsümün əvvəlindəki görüşləri buraxan Messi, "Qranada” ilə qarşılaşmada ikinci hissədə meydana daxil olub. "Barselona” 5 turdan sonra 7 xalla 8-ci yerdədir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti