Demokratik TV
Xəbər lenti
"Barselona Messiyə yaxşı baxmır"- ittiham
- 24 sen 2016, 09:25
Argentina millisinin baş məşqçisi Edqardo Bauza futbolçusu Lionel Messinin zədələnməsində "Barselona"nı günahlandırıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Kataloniya klubunun Messinin səhhətinə lazımınca önəm vermədiyini deyib:
"Messi nə zaman millinin düşərgəsinə gəlsə, "Barselona" bizə onun səhhətinə önəm verməli olduğumuzu söyləyir. Ancaq onlar Messiyə yaxşı baxmırlar. Messi 12 gündə düz 4 oyuna çıxıb".
E.Bauza "Barsa"nın Messinin tibbi müayinədən keçdikdən sonra nəticələrini Argentina millisinə göndərildiyini bildirib. Onun fikrincə, nəticələrə əsasən, Messinin 3 həftəyə sağalması çətin olacaq.
Qeyd edək ki, L.Messi La Liqanın 5-ci turunda "Atletiko" (Madrid) ilə oyundan (1:1) zədələnib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti