Messi ən titullu futbolçu oldu

  • 13 avq 2018, 11:40

"Barselona”nın futbolçusu Lionel Messi Kataloniya klubunda ən titullu oyunçuya çevrilib.

Qol.az-ın xəbərinə görə, argentinalı hücumçu "Barsa”nın İspaniya Superkubokunu qazanması ilə bu rekorda imza atıb. Qazanılan son kubok Messinin "Barselona”da 33-cü titulu olub.

Bunadək Messi titul sayına görə komandanın sabiq kapitanı Andres İnyesta ilə şərik idi.

Qeyd edək ki, Messi 9 dəfə İspaniya, 3 dəfə klublararası dünya çempionu, 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Superkubokunun, 4 dəfə Çermpionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun qalibi olub.

Oxşar xəbərlər