Türkiyə və İngiltərə güclərini birləşdirir

  • 30 yan 2017, 22:37

İngiltərə və Türkiyə Milli Qırıcı Təyyarə Layihəsi (TF-X) çərçivəsində texnologiyaları və beyin mərkəzlərini birləşdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri İngiltərə Müdafiə naziri Maykl Fallon Ali Palatada çıxışı zamanı deyib.

"TF-X layihəsinin imzalanmasına görə böyük məmnuniyyət hissi keçirirəm. Ümid edirəm ki, bu razılıq həm Türkiyənin, həm də İngiltərənin xeyrinə olacaq”, - nazir bildirib.

Qeyd edək ki, İngiltərə Baş naziri Tereza Meyin Ankaraya səfəri zamanı TF-X layihəsi ilə bağlı Türk Aviasiyası və Kosmos Sənayesi qurumu ilə İngiltərənin BAE Systems şirkəti arasında müqavilə imzalanmışdı.

 

Demokratik.Az

 

Oxşar xəbərlər