Makrondan etiraf: Qərbin dominantlığı sona çatır

  • 27 avq 2019, 18:56
Geosiyasi dəyişikliklər səbəbindən dünyada Qərbin dominantlıq dövrü sona çatır.

TASS xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, şərait dəyişir və bu, yeni güclərin möhkəmlənməsi hesabına baş verir:

"Biz dünyada Qərb hegemoniyasının sonunu görürük. Çin ilk sıraya yüksəlib, Rusiya isə öz strategiyasında böyük uğur qazanır".

Fransa Prezidenti qeyd edib ki, dünya nizamı misli görünməmiş böhran yaşayır:

"Dünya bazar iqtisadiyyatı böhranı yaşayır. Texnoloji və ekoloji baxımdan böyük sarsıntılar baş verir. Avropa sivilizasiyasına yeni, uzaqgörən strategiya lazımdır".(oxu.az)
Oxşar xəbərlər