Xəbər lenti
Bütün xəbərlər

Fransa prezidenti 4 naziri birdən dəyişdi

  • 16 okt 2018, 15:34
Fransa prezidenti Emmanuel Makron bu gün hökumətdə ciddi dəyişikliklər həyata keçirib.

Musavat.com-un "Le Monde” qəzetinə istinadən verdiyi xəbərə görə, prezident Daxili Işlər, Mədəniyyət, Ərazilərin Idarə Olunması və Kənd Təsərrüfatı nazirliklərinin rəhbərliyinə yeni isimlər gətirib.

Bu yaxınlarda istefa verən daxili işlər naziri Jerar Kolonun yerinə prezidentin yaxın adamı Kristof Kastaner təyin olunub. Jerar Kolonun qarşıdan gələn bələdiyyə seçkilərində Lion şəhərinin meri postu uğrunda yarışa qoşulmaq üçün istefa etdiyi söylənilir.

Kastanerə gəlincə, onun Makronun ən yaxın adamı olduğu bilinir. K.Kastaner uzun müddət Sosialist partiyasında fəaliyyət göstərib. Həmin partiyadan Forkalkye şəhərinin meri, eyni zamanda Yuxarı Provans Alpları departamentindən Fransa Milli Assambleyasının deputatı olub (Fransada eyni şəxs həm mer, həm də deputat ola bilər). 

Emmanuel Makronun Fransa siyasətində önə çıxmasından sonra onun yanında yer alan K.Kastaner ən son hökumətdə Parlamentlə əlaqələr üzrə dövlət katibi vəzifəsini tuturdu. Kastaner həmçinin hakim "İrəli Fransa” partiyasının lideridir.

Mədəniyyət naziri vəzifəsinə təyin ounan Frank Riester keçmiş sağçıdır. Yeni nazirin homoseksual və Fransada eynicinsli evlilik haqqında qanunun müəlliflərindən biri olduğu hər kəsə məlumdur.

Ərazilərin idarə edilməsi və bələdiyyələrlə iş üzrə nazirliyə Luar e Şer departamentinn senatoru Jaklin Quro rəhbərlik edəcək.

Makron kənd təsərrüfatı sahəsini keçmiş sosialist, senator Didye Giyoma etibar edib.
Oxşar xəbərlər