Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:38 - 17.01.2020  
Ermənistan çıxılmaz siyasi panikaya girdi
Tarix: 23-05-2019, 09:17 | Bölmə: Xəbərlər » Dünyada

İşğalçı ölkədə Qarabağ məsələsi yox, Qarabağ klanı önə çıxır, "Moskvanın İrəvana qarşı qəsd planı var” iddiaları artır; sabiq XİN başçısı: "Paşinyan gec-tez devriləcək...”

Ermənistan çıxılmaz siyasi panikaya girdiErmənistanda "məxməri inqilab”ın 1 ilinin tamamında baş verən olaylar az qala, inqilabın özü qədər şok effekti yaradıb. İlk növbədə də inqilabı edənlər və inqilab müəllifi Nikol Paşinyan üçün.

Söhbət hakimiyyətin iradəsinə rəğmən, məhkəmənin 1 mart 2008-ci il qanlı hadisələrinə görə tutulan eks-prezident Robert Köçəryanın Dağlıq Qarabağdakı separatçı rejimin indiki və keçmiş başçılarının zəmanəti əsasında azadlığa buraxmasından gedir. Bu azmış kimi, ardınca cinayət işi, ümumiyyətlə, dayandırılıb və yekun qərar üçün Konstitusiya Məhkəməsinə yönəldilib.

Faktiki, Paşinyanın başı üzərindən baş verən bu hadisələr işğalçı ölkədə bir il öncəki hakimiyyət dəyişikliyinə rəğmən, məhkəmə-hüquq sistemində keçmiş xunta rejiminin adamlarının hələ də güclü olduğunu ortaya çıxarıb. Təbii ki, prosesdə "Moskva izi” də olmamış deyil. Ən azı, ona görə ki, Robert Köçəryan və onunla birgə saxlanılanlar (onlar da buraxılıb) - keçmiş müdafiə naziri Seyrran Ohanyan, hamısı Moskvaya bağlı və Kremlə sadiq adamlardır.

*****        

"Məhkəmənin Köçəryan haqda qərarı və cinayət işinin dayandırılması tərəddüdsüz-filansız, qalmaqallı qərar sayıla bilər. Bu qərarla məhkəmə hakimiyyəti faktiki, əks-inqilaba qoşulub. Hətta iddia eləmək olar ki, bununla köhnə sistemin bərpası işinə yeni nəfəs verilib”.

"Yeni Müsavat”ın məlumatına görə, bu sözlər erməni siyasi şərhçi Sərkis Arsruninin  1 in.am saytındakı dünənki məqaləsində yer alıb.

Müəllif yazır: "Belə bir xain çevriliş planının inqilabdan bir il sonra niyə mümkün olması haqda uzun-uzadı danışmaq olar. Aydındır ki, problem ilk baxışda göründüyündən qat-qat dərindədir. Robert Köçəryan və ya onun məhkəməsi, məhkəmə-hüquq islahatları haqda söhbətlər, hətta Nikol Paşinyanın dünənki (srağagünkü - red.) mübahisəli çağırışı problemin yalnız növbəti təzahürləridir. Dərində isə ölkənin, inqilabın altına mina qoyulub, əsl qəsd yetişir. Hansı qəsdin ki, daxili oyunçuları və çox aydın görünən xarici aktyoru var”.

Erməni təhlilçiyə görə, problemin ciddiliyini anlamaq üçün 1999-cu il hadisələrini yada salmaq kifayətdir. O zaman parlamentin gülləbaran edilməsi nəticəsində Moskvaya bağlı Köçəryan və onun rejimi əsas rəqibi olan Karen Dəmirçyandan (spiker) və Vazgen Sərkisyandan (baş nazir) qurtulmuşdu.

"O vaxt müstəsna olaraq, legitim hakimiyyət formalaşdıran Dəmirçyan-Sərkisyan tandeminin irəliləməsi elə həmin daxili aktyorların və həmin xarici mərkəzin iştirakı ilə dayandırıldı. Əlbəttə ki, zəmanə dəyişib və eyni ssenarinin mexaniki təkrarlanmasına ehtiyac yoxdur, ələlxüsus elə bir vaxtda ki, şimalda ən yeni texnologiyaları mənimsəyiblər, hətta qəsd planlarını kreativ əsasda reallaşdıra bilərlər. Bütün bunların əlamətləri artıq ortadadır. Və indi mahiyyət etibarilə konkret hakimiyyətin, hətta inqilabın deyil, Ermənistanın suverenliyinin taleyi həll olunur. Paşinyanın va-bank təşəbbüsü məhz bununla bağlı idi”, - deyə müəllif sonda əlavə edib.

*****

İşğalçı ölkədəki son olaylar Paşinyana təbii ki, yaxşı heç nə, ən yaxşı halda ikihakimiyyətlilik vəd edir. Ən pis halda isə keçmiş "səhra komandiri” və Xocalı hərbi canisi R.Köçəryan və dəstəsi tərəfindən növbəti dəfə sui-qəsd planının işə salınması istisna olunmur - təbii ki, 1999-cu ildəki kimi, Moskvanın rüsxəti ilə.

Ermənistan daxillində son yaşananların bu xüsusda nə ilə bitəcəyi ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun proqnozu da maraqlıdır.

"Sözsüz ki, gec və ya tez Paşinyan devriləcək. Çünki Ermənistanın siyasi ənənəsi göstərir ki, onlarda normal siyasi proseslər mümkün deyil. Ya orada kimisə güllələyir, ya devirir, ya da döyürlər. İndiki mərhələdə konkret qarşıdurma kəskinləşir və bunun çıxış yollarını tapmaq üçün onlar hərbi ”kart"a əl ata bilərlər", - deyə o ehtimal edib. Zülfüqarova görə, biz məsələnin bu hissəsindən ehtiyatlı olmalıyıq. "Ermənistan tərəfindən hərbi provokasiya real görünür. Biz buna hazır olmalıyıq”, - deyə eks-diplomat xəbərdarlıq edib.

*****

Ancaq istər Ermənistan daxilində Moskvanın əli ilə reallaşan və reallaşacaq qəsd və çevriliş ssenariləri olsun, istərsə də Qarabağ cəbhəsində vəziyyəti qarışdırmaq planı - bütün bunlardan erməni xalqının, onun yeni hakimiyyətinin etibarlı slğortalanması üçün tək yol - İrəvanın Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutması, Moskvanın istəyinə rəğmən, Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə anlaşmasıdır. Təəssüf ki, indiki erməni hökuməti Qarabağ məsələsinə yanaşmada köhnə iqtidarlardan fərqli yanaşma sərgiləmədi. Erməni xalqını sülhə deyil, qeyri-müəyyənliyə hazırlamaq xətti götürdü.        

"Bu günədək erməni cəmiyyətində Qarabağa dair nizamlama ssenarisi ilə bağlı yekdil mövqe yoxdur. Bir qisim deyir ”bir qarış da torpaq verilə bilməz", başqaları isə əksinə, kompromisin vacibliyindən danışır". "Yeni Müsavat”ın məlumatına görə, bu sözləri "Sputnik Armeniya”ya erməni politoloq Manvel Sərkisyan deyib.

"Ermənistanda hüquq və məsuliyyət haqda olduqca yayğın təsəvvür var. Biz hər şeyi şübhə altına qoymağa və gözdən salmağa o qədər adət eləmişik ki, istənilən sağlam fikir biz tərəfdən süngü ucunda qarşılanır və şübhəyə məruz qoyulur”, - deyə Sərkisyan etirafda bulunub.

Ancaq belə xəstə yanaşmanın sonu bir gün gəlməlidir. Əks halda, Ermənistan adlı simvolik dövlətin sonu gələcək - ya Moskvanın əli ilə, ya da onsuz...     

Xəbər 1134 dəfə oxunub






Oxşar xəbərlər

Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR
Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
“Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”
Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”
"Sizə cərimə yazılacaq” - Sığorta şirkətləri vətəndaşları hədələyir
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi
Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır
Yeməkdən sonra isti çay içməyin!
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
İran Kanadanın bütün nümayəndələrinə viza verib
Fəridə Əzizova jurnalistləri məhkəməyə verib
Qanunları heçə sayan “efir müstəntiqləri”
Vilayət Eyvazov generalın qardaşını işdən çıxardı
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Qəbul qaydalarına dəyişikliklər haqqında Nazirlər Kabinetinin qərarının İZAHI
Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi
Roman Qriqorçuk "Astana"dan ayrıldı - Rəsmi
Prezident yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
“Donald Trampı Ağ Evdən qovacam”
“Ana, məni zorlayıblar” – 18 yaşlı qız özünü öldürdü
Bakıda Ermənistan konfetləri satılır - FOTO
153 “qəhrəman... - “BANK STANDARD”I müflis edənlərin ŞOK SİYAHISI
35 SAYLI DAİRƏDƏ “ATƏŞKƏS” POZULDU – İqbal Ağazadə icra başçısını təhdid etdi
Suares dörd ay futbol oynamayacaq
Xəlifə Haftar və Faiz Sarac bu gün Moskvada görüşə bilər
Nərminin qatil hadisəni kameraya da çəkib
İranın yeganə qadın olimpiya medalçısı Avropaya sığındı - Sərt danışdı
Gəncənin 500 minlik DYP rəisi HARA BAXIR? - Rəhim Zalovun zabitləri niyə belə anarxistdir?
Tovuz cinayətinə rəsmi rəy: “Veriliş əməliyyat-axtarış prosesinə mane olub”
Press Klub “Yol xəritəsi” hazırlanmasını zəruri hesab edir
Nərminin ölümü ilə bağlı ekspertizadan ŞOK AÇIQLAMA
Kamil Musəvi ilə döyüşdə yaralanan hərbçidən sensasion MÜSAHİBƏ
7 milyonluq avtomobili Bakıya kim gətirib? - FOTO
Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - atasının sinif yoldaşıymış (RƏSMİ)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26392] initstartout [0.00018] initstartin [0.00082] calstart [0.00933] calend [0.00055] topnewsend [0.00462] rsssend [0.00000] ehgend [0.00632] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.24144]