ABŞ-da 2 trilyon dollarlıq razılaşma

  • 01 may 2019, 19:23
Donald Tramp Demokratlar Partiyası ilə anlaşdı

"Reuters”in xəbərində deyilir ki, ABŞ prezidenti Donald Trampla Demokratlar partiyasının rəhbərliyi arasında 2 trilyon dollar dəyəri olan razılaşma əldə olunub. Razılaşmaya əsasən ölkədə yollar, körpülər, su çəkilişi, elektrik istehsalı üçün bu qədər vəsait xərclənəcək. Bu barədə Demokratlar partiyasının liderlərindən olan Chuck Schumer məlumat verib. 

Qeyd olunur ki, ABŞ prezidenti ilə Demokratlar partiyasının təmsilçiləri ilə 3 həftə sonra yenidən bir araya gələcəklər. Həmin görüşdə 2 trilyon dolların necə xərclənəcəyi ilə bağlı detallar müzakirə olunacaq. 
Oxşar xəbərlər