Demokratlar Trampa hücuma keçdi - İMPİÇMENT

  • 05 mart 2019, 14:38

ABŞ Prezidenti Donald Trampın impiçmentinə nail olmaq üçün Demokrat Partiyası ilk addımlarını atır.

"Report” CNN-ə istinadən xəbər verir ki, bu həftə Nümayəndələr Palatası Məhkəmə İşlər Komitəsinin sədri Cerold Nadler dövlət başçısının işgüzar və siyasi fəaliyyətlərinin irimiqyaslı araşdırılmasına başladıqlarını açıqlayıb. Bunun da Trampa qarşı impiçment davasını açmaq üçün demokratların Konqresdə aramlı, məqsədyönlü işlərinin başlanqıcı olduğu bildirilir.

Hazırda adıçəkilən komitənin diqqət mərkəzində ədalət mühakiməsinin əngəllənməsi ehtimalı, iki nəfər qadına Trampla məhrəm əlaqələrini açıb-ağartmamaları üçün pul ödənişləri, 2016-cı il seçki kampaniyası dövründə Rusiya ilə sövdələşmə ehtimalı, mükafat ödənişilə bağlı Konstitusiya müddəasının pozulması məsələləridir.

Demokratların Prezident D.Trampa qarşı Konqresdə başlatdıqları bu yeni araşdırmanı Ağ evdə "biabırçı” kimi səciyyələndiriblər.

Demokratik.Az

Oxşar xəbərlər