“Azərbaycan” adına 41 milyard dollar qiymət qoyuldu (Siyahı)
- 21 okt 2015, 22:24
ABŞ-ın "Brand Finance” şirkəti ölkə adlarının brend olaraq maliyyə dəyərini müəyyənləşdirib. Reytinqdə Azərbaycan dünya ölkələri arasında 71-ci pilləni tutub. "Brand Finance” şirkətinin ekspertləri Azərbaycan adının brend kimi 41 milyard dollara qiymətləndiriblər. Reytinqdə əsas meyar olaraq ölkələrin Ümumi Daxili Məhsul istehsalı, investisiya cəlbediciliyi, biznes mühiti və ərazisində fəaliyyət göstərən özəl şirkətlərin sayı və s. götürülüb.
Reytinq cədvəlinə ABŞ başçılıq edir. "Amerika” brendinin dəyəri 19,7 trilyon dollar təşkil edir. İkinci pillədəki Çin 6,31 trilyon, 3-cü Almaniyanın isə brend ölkə kimi 4,166 trilyon dollar dəyəri var.
Demokratik.Az modern.az saytına istinadən reytinq cədvəlinin əsas ölkələrini təqdim edir:
1. ABŞ – 19,703 trilyon dollar
2. Çin – 6,314 trilyon dollar
3. Almaniya – 4,166 trilyon dollar
4. Böyük Britaniya – 3,010 trilyon dollar
5. Yaponiya – 2,541 trilyon dollar
6. Fransa – 2,158 trilyon dollar
7. Hindistan – 2,137 trilyon dollar
8. Kanada – 2,040 trilyon dollar
9. İtaliya – 1,445 trilyon dollar
10. Avstraliya – 1,404 trilyon dollar
15. Hollandiya – 1 trilyon dollar
18. Rusiya – 810 milyard dollar
19. Türkiyə – 668 milyard dollar
22. Səudiyyə Ərəbistanı – 506 milyard dollar
30. Norveç – 388 milyard dollar
36. Qətər – 235 milyard dollar
43. İsrail – 181 milyard dollar
44. Qazaxıstan – 175 milyard dollar
46. İran – 159 milyard dollar
59. Yunanıstan – 60 milyard dollar
65. Bolqarıstan – 50 milyard dollar
68. Ukrayna – 44 milyard dollar
71. Azərbaycan – 41 milyard dollar
74. Uruqvay – 37 milyard dollar
78. Serbiya – 31 milyard dollar
83. Livan – 22 milyard dollar
90. İslandiya – 13 milyard dollar
97. Seneqal – 9 milyard dollar
100. Yamayka – 8 milyard dollar
