Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:38 - 19.07.2019  
Milyarder "Banan Elçin" axtarışa verildi
Tarix: 12-09-2018, 15:00 | Bölmə: Xəbərlər » Dünyada

Rusiyanın İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin müstəntiqləri "Aysel” və "AyBaRus” şirkətlərinin sahibi, azərbaycanlı iş adamı Elçin Əhmədova qarşı qiyabi ittiham irəli sürərək barəsində federal axtarış elan edib.
Demokratik.Az xəbər verir ki, bu haqda "Kommersant” qəzeti yazır.
Elçin Əhmədov Rusiyaya xaricdən meyvə-tərəvəz idxal edən ən iri təchizatçılardan biridir və məlumatlara görə hətta banan idxalı üzərində monopoliyaya malik olub. Bu səbəbdən ona "Banan Elçin” ləqəbi də qoşublar. "Kommersant” Elçin Əhmədovu həm də "milyarder” kimi təqdim edir, amma biznesmenin sərvətinin həcmi barədə müfəssəl məlumat olmadığından onun dollar, yaxud rubl milyarderi olduğu dəqiq deyil.

İttihama əsasən E.Əhmədov və şirkətinin işçisi bir neçə il əvvəl Sankt-Peterburqun "Sofiysk” bazarında quldur basqını həyata keçiriblər. Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin ictimai təhlükəsizliyə və şəxsiyyətə qarşı cinayətlərin araşdırılması üzrə baş müstəntiqləri qeyd edirlər ki, onlar Elçin Əhmədova qarşı ittiham irəli sürmək üçün "kifayət qədər sübutlar” toplayıblar. Və biznesmenin özgəsinin əmlakını ələ keçirmək üçün quldur basqını təşkil etdiyinə, üstəlik sağlamlıq üçün təhlükəli şəkildə zor tətbiq etməklə hədələməklə, əmindirlər.
İstintaqın versiyasına görə 2015-ci il noyabrın 20-də səhər saat 9-an 11-ə qədər Elçin Əhmədov və onun əməkdaşı Cavid Mansurzadə, habelə "müəyyən olunmamış şəxslər” bazarda "Royal” MMC tərəfindən icarəyə götürülmüş anbara "aldatma yolu ilə” daxil olublar. Onlar "müəyyən olunmamış və tapançaya oxşayan predmetdən” istifadə edərək hansısa Həsənova zor tətbiq ediblər, habelə hansısa Heydərovu hədələyiblər. Daha sonra "Royal” MMC-nin sahibi Novruz Xəlilova məxsus olan 12 milyon rublu "açıq-aşkar qəsb ediblər”.
İstintaq E.Əhmədovun hərəkətlərini Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə kvalifikasiya edib, onu həmin maddələr üzrə 8 ildən 15 ilə qədər həbs gözləyir. Əhmədovu Sankt-Peterburqda tapa bilmədiklərinə görə müstəntiqlər ona qarşı ittihamı qiyabi elan etməyi qərara alıblar və biznesmenin barəsində federal axtarış elan ediblər.
Lakin Elçin Əhmədov çoxdan Rusiyanı tərk edib, hazırda Azərbaycandadır və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan ediləcəyi gözlənilir.
"Kommersant”ın məlumatına görə ittihama əsas kimi Elçin Əhmədovun hərəkətlərindən zərər çəkən şəxsin və şahidlərin ifadəsi əsas götürülüb. Hansı ki, onlar quldur hücumu barədə nəyə görəsə iki il yarım sonra xatırlayıblar və şikayət veriblər. İddia ediblər ki, soyğunçunun Əhmədov olduğunu KİV-lərdə onun fotosunu görəndən sonra biliblər.
Elçin Əhmədov özü isə "Kommersant”a deyib ki, zərərçəkən statusundakı şəxs hüquq-mühafizə orqanlarının tapşırığı ilə onu şərləyir. "Xəlilov və qohumları quldurluq, quldur hücumu və qətllərə görə cinayət işlərində fiqurantlardır. Üç il əvvəl bu iş üzrə irimiqyaslı əməliyyat keçiriləndə KİV-lər xəbər verdilər ki, şübhəlilərin onlarla qətldə əli ola bilər. Lakin nəyə görəsə məhkəməyə ancaq bir quldur basqını epizodu gedib çıxdı. Bu iş  üzrə zərərçəkənin özü qətlə görə məhkum edilib”-Əhmədov deyib.
Biznesmen deyir ki, 2015-ci ildə o "Royal” MMC-də heç bir quldurluq etməyib. Və Xəlilovla onun arasında çoxdandır mübahisə var idi. Bu mübahisə Cənubi Afrika Respublikasından apelsin idxalına görə yaranmışdı. "Ağsaqqallar yığışıb bu məsələni müzakirə edib qərara aldılar ki, heç kim heç kimə borclu deyil, amma mənhər halda Xəlilovların ailəsinə 250 min dollar ödədim ki, hamı rahat olsun”-Əhmədov xatırlayır.
Əhmədovun ittiham olunduğu quldurluq barədə cinayət işi isə bu ilin may ayında qaldırılıb, amma işdə fiqurantlar yox idi. Bununla belə müstəntiqlər həmin cinayət işi əsasında Əhmədovun mənzillərində axtarış aparıb "Aysel” və "AyBaRus” şirkətləri barədə sənədləri götürüblər. Daha sonra vergi və digər nəzarət orqanları Əhmədovun biznesini yoxlamağa başlayıb.
Elçin Əhmədov Rusiya prezidentinə, Dövlət Dumasına, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəndən sonra onun adı işdə şübhəli qismində keçməyə başlayıb. "Görünür güc strukturlarının xoşuna gəlmədi ki, mən özümü fəal müdafiə edirəm”-Əhmədov deyib.
O bildirir ki, həbs olunmayacağına dair qarantiya verilsə Rusiyaya qayıtmağa və iş üzrə ifadə verməyə, şahidlərlə üzləşməyə və yalan detektorundan keçməyə hazırdır.
Əhmədov bir neçə ay əvvəl Bakıda yerli KİV-lərə müsahibə verib bu iş barədə geniş danışmışdı.
 
Virtualaz.org
Xəbər 1216 dəfə oxunub






Oxşar xəbərlər

“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Gəncə Dövlət Universiteti yenə "VURULDU" - NİYƏ?
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18848] initstartout [0.00018] initstartin [0.00094] calstart [0.01053] calend [0.00053] topnewsend [0.00445] rsssend [0.00000] ehgend [0.02410] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14702]