Maşallah Əhmədovun işi ibtidai istintaqa qaytarıldı

  • 29 avq 2016, 21:07

Veteran futbolçunun əməlində dələduzluq cinayətinin tərkibi tapılmayıb.

Prokurorluq tanınmış futbolçu Maşallah Əhmədovun barəsində olan cinayət işinin yenidən araşdırılması üşün ibtidai istintaqa qaytarıb. Bizimyol.info saytının əldə etdiyi məlumata görə, cinayət işində mülki mübahisə ilə bağlı məqamlar olub. Belə ki, mal götürülməsi, ödənişin qismən edilməsi və digər hallar mövcud olduğu üçün prokurorluq bu hissələrin araşdırılması üşün işi yenidən ibtdai istintaqa qaytarıb. Müdafiə tərəfinin də mövqeyi belə olub ki, bu məsələlər mülki məsələ olduğu üçün mülki qaydada araşdırılmalıdır və burada dələduzluq cinayətinin tərkibi yoxdur. 
Qeyd edək ki, sabiq futbolçunun ötən həftə ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilməsi üçün prokurorluğa təqdim olunmuşdu. 

M.Əhmədov keçən il dekabr ayının 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata əsasən, o, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, təmin edilməyib. Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib və futbolçu ev dustaqlığına buraxılıb. Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan 

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
Oxşar xəbərlər