Qadın polis tanımadığı körpəyə "məmə" verdi

  • 18 avq 2018, 10:22

Argentinada yenicə doğuş etmiş qadın polis Keleste Ayala dünya mediasının gündəminə çevrilib. O, xəstəxananın dəhlizindəcə tanımadığı ac körpəyə "məmə", süd verib.

Demokratik.Az-ın məlumatına görə, qadın polis xəstəxanada acından ağlayan 8 aylıq uşağı əmizdirərək hər kəsi duyğulandırıb. İşlərinin çoxluğu səbəbindən körpə ilə maraqlana bilməyən tibb işçilərindən icazə alan Keleste uşaqla doğma anası kimi davranıb.

Həmkarı tərəfindən şəkli çəkilən Ayala qısa müddətdə dünyanın hər yerindən tərif və təşəkkür dolu məktublar alıb. Ayalanın fotosunu sosial şəbəkədə paylaşan həmkarı "Heç tərəddüd etmədən anası kimi davrandın. Kirindən və pis qoxusundan narahat olmadın. Bu, hər gün rast gəlinən davranış deyil” yazıb.

Sonradan məlum olub ki, uşaq səbəbi bilinməyən məhkəmə qərarıyla anasından alınıb. Daha sonra o, bibilərinə təhvil verilib.

Demokratik.Az

Oxşar xəbərlər