Şimali və Cənubi Koreyada barışıq - 65 ildən sonra

  • 26 apr 2018, 15:25

Şimali Koreya lideri Kim Çen İnlə Cənubi Koreya Prezidenti Mun Çje İn sabah Bakı vaxtı ilə 04:30-da görüşəcəklər.

DEMOKRATİK.AZ  xəbər verir ki, tarixi görüşdə iştirak edəcək Kim Çen İn 1953-cü ildə müharibənin sona çatmasından sonra sərhədi keçən ilk Şimali Koreya lideri olacaq.

Liderlər görüşdən sonra iki ölkədən gətirilmiş su və torpaqla şam ağacı əkəcəklər. Bu, dövlətlər arasında sülh və dostluğun rəmzi kimi qəbul ediləcək. Zirvənin ardından tərəflərin saziş imzalaması və açıqlama verməsi gözlənilir.

Yarımadada sülh prosesinin başlanması koreyalıların böyük sevincinə səbəb olub. Küçələrə axışan minlərlə koreyalı Kim Çen və Mun Çje İnin əl-ələ verdiyi təsvirlərin əks olunduğu plakatları nümayiş etdiriblər. /AXAR.AZ/

Oxşar xəbərlər