Rusiya: “Koreya 2 ildən sonra ABŞ-ı vura biləcək”

  • 08 noy 2017, 13:44

Şimali Koreya ABŞ-a uzun məsafəli raketlərlə 2-3 ildən tez zərbə endirə bilməz.

Axar.az xəbər verir ki, bunu "Blomberq” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mixail Ulyanov söyləyib.

"Əgər bu zaman çərçivəsində Şimali Koreya böhranının siyasi həlli tapılmasa, Pxenya qitələrarası ballistik raketə sahib olacaq. Biz bu proqramı indi dayandırmalıyıq. Sanksiyalar yalnız 4-5 il ərzində təsirli olacaq. Biz heç vaxt Şimali Koreyanı nüvə dövləti kimi tanımayacağıq”, – deyə o bildirib.

Demokratik.Az

Oxşar xəbərlər