Şimali Koreya Trampı “eqoist” adlandırıb

  • 07 iyun 2017, 20:23

ABŞ prezidenti Donald Trampın Paris iqlim paktından çıxma qərarı Avropadan tutmuş Cənubi Amerikaya qədər əsas qlobal güclər tərəfindən tənqid edildi. Şimali Koreya da Trampı tənqid edənlər sırasına qoşuldu. Rəsmi Pxenyan Trampı "planetin məhvi hesabına olsa belə, hətta ancaq özünü düşünən ifrat eqoist” adlandırıb.

Şimali Koreya xəbər agentliyinin verdiyi məlumata əsasən Şimali Koreya Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib ki, ABŞ-nin eqoist hərəkəti yalnız beynəlxalq cəmiyyətin ətraf mühiti qorumaq cəhdlərinə deyil, eyni zamanda digər sahələrə də təhlükə doğurur.

Bundan əlavə, Pxenyan Vaşinqtonun iqlim siyasətini Şimali Koreyanın nüvə proqramına qarşı hərəkət adlandırıb. 
ABŞ-dan fərqli olaraq Şimali Koreya Paris sazişini imzalamazdan öncə (2014) meşələrin məhv edilməsinə "müharibə” elan etmişdi. Yerli KİV-in verdiyi məlumata görə, Pxenyan həmçinin bərpa edilə bilən texnologiyaların, xüsusən də hiperelektrikin inkişafına çalışır.

Avstraliyanın La-Trobe Universitetinin Şimali Koreya üzrə eksperti Benjamin Həbib bildirib ki, Şimali Koreya BMT-nin ekologiya ilə əlaqədar bütün konvensiyalarına riayət edir.

Ölkədə baş vermiş aclıqlar milyonlarla koreyalının ölümünə səbəb olub. Həbibin bilrdirdiyinə görə, ərzaq təhlükəsizliyi hələ də Pxenyan üçün "mövcud problem” qalmaqda davam edir.

"Şimali Koreya iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün bir sıra təşviqatlar aparır ” – ekspert bildirib.

ABŞ-dan Suriya və Nikaraqua da Paris sazişini imzalamayıblar. Nikaraqua buna səbəb müqavilənin yetərincə güclü olmadığını göstərib. Suriyanın imzalamama səbəbi isə 2011-ci ildən bu yana ölkədə davam dən vətandaş müharibəsidir. 
Trampın qərarından sonra ABŞ-nin Çindəki səfiri Devid Rank istefa verdi. Bundan əlavə, Hindistanla da münasibətlərdə gərginlik yaratdı. Belə ki, Tramp Nyu-Delhini Paris sazişinə qoşulmaq əvəzində milyarlarla dollar əldə etdiyini demişdi.

Musavat.com

Oxşar xəbərlər