"İran İngiltərənin təsiri altındadır" - eks prezident

  • 02 apr 2018, 19:52

İran məhkəmə sistemi İngiltərənin təsiri altındadır.

Axar.az xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad "Dolatebahar" adlı sayta açıqlamasında deyib.

Əhmədinejad yaxım adamı Rəhim Meşainin həbs edilməsindən əvvəl Londonu tənqid etdiyini deyib.

"İngiltərənin İranın daxili işlərinə qarışmasına etiraz edən bir insan niyə məhkəmə sisteminin qəzəbinə tuş gəlib gizli şəkildə mühakimə olunur? Əgər çəkindiklər nəsə yoxdursa, İngiltərə Xarici İşlər naziri Boris Consonun 2017-ci ilin dekabrında Tehrana səfəri zamanı keçirilən görüşlərin mətinlərini yaysınlar və istintaqı da ictimaiyyətə açıq şəkildə aparsınlar”, - keçmiş prezident bildirib.

Qeyd edək ki, Əhmədinejadın prezidentliyi dövründə onun müavinləri olan İsfəndiyar Rəhim Meşai və Həmid Bekai korrupsiyada ittiham olunaraq həbs edilmidilər. Bekai 15 il azadlıqdan məhrum edilmə və 80 şallaq cəzasına məhkum olunmuşdu.

Rəhim Meşai də həbsindən əvvəl İngiltərənin Tehrandakı səfirliyi qaşısında keçirilən aksiyaya qatılaraq Bekai haqqında çıxarılan qərarda İngiltərənin təsiri olduğunu bildirmişdi.

Demokratik.Az

Oxşar xəbərlər